Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
İkimərtəbəli inzibati binanın ən müasir standartlara uyğun olan bütün otaqları zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib, növbətçi hissə və digər xidməti otaqlar istifadəyə verilib. Yeni tikilidə 54 yerlik akt zalı da var. Binada havalandırma sistemi, qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb, digər yardımçı sahələr yaradılıb. Ərazi hasarlanıb, abadlıq, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.
Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Nurullah Məmmədxanlı çıxış edərək yeni inzibati binanın açılışının şəxsi heyətə əsl bayram hədiyyəsi olduğunu bildirib. O, DİN rəhbərliyini əmin edib ki, qurumun əməkdaşları bundan sonra da xidmətdə ayıq-sayıq dayanacaq, rəhbərliyin yüksək diqqət və qayğısına layiqli fəaliyyətləri ilə cavab verəcəklər.
Sonra mərasim iştirakçıları binanın ikinci mərtəbəsinin foyesində ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətini, Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olub, növbətçi hissəyə, xidməti otaqlara, o cümlədən xüsusi avadanlıq və kompüter sistemi ilə təchiz edilmiş tədris otaqlarına, akt zalına baxıblar.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi