Narkomaniyaya qarşı işçi qrupu fəaliyyət sferasını genişləndirir
Tarix: 17-11-2021, 00:14
Google+ Paylaş
Tumblr Paylaş

Narkomaniyaya qarşı işçi qrupu fəaliyyət sferasını genişləndirir

17-11-2021, 00:14

Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun müvafiq göstərişinə əsasən, karantin rejiminə dair mövcud qaydalara və metodiki göstərişlərin tələblərinə uyğun olaraq, İşçi qrupunun təşkilatçılığı ilə görülən işlərin davamlılığının təmin olunması, antinarkotik təbliğat işinin əhatə dairəsinin daha da genişləndirilməsi üçün bu il noyabrda respublikanın Masallı, Yardımlı, Goranboy, Neftçala, Naftalan, Tovuz, Gədəbəy, Şəmkir, Qazax, Ağstafa rayonlarının ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri üçün aidiyyəti qurumların mütəxəssislərinin xüsusi təqdimatları ilə narkomanlıq probleminə dair təlim və treninqlərin keçirilməsi nəzərdə tutulur.

Bu barədə Forpost.az

-a Dövlət Komissiyasının İşçi qrupundan məlumat verilib.

Tədbirlər “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.18-ci, 4.4.26-cı bəndlərinin və Dövlət Komissiyasının müvafiq qərarlarının icrasını təmin etmək məqsədilə həyata keçirilir.

Tədbirlər çərçivəsində şəhər-rayon komissiyalarının üzvləri ilə 10 görüş, ümumtəhsil məktəblərinin işçiləri üçün 10 treninq, ümumilikdə 20 tədbir təşkil olunacaq. Eyni zamanda, həmin şəhər və rayonlar üzrə müvafiq komissiyaların üzvləri ilə keçirilən görüşlərdə müzakirələrin aparılması və onlara metodiki kömək göstərilməsi, “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı yeni kitabça və digər zəruri təbliğat materiallarının təqdim olunması, bundan əlavə treninqə qatılacaq iştirakçılara Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış sertifikatların verilməsi planlaşdırılıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ