Narkomaniyaya qarşı işçi qrupu Balakəndədir
Tarix: 7-11-2021, 04:03
Google+ Paylaş
Tumblr Paylaş

Narkomaniyaya qarşı işçi qrupu Balakəndədir

7-11-2021, 04:03

Noyabrın 5-də Balakən ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri üçün tədbir və treninq təşkil olunub.

Bu barədə Forpost.az -

a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupundan məlumat verilib.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə keçirilən tədbirdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin, Səhiyyə Nazirliyi Narkoloji Dispanserinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Treninqlərdən əvvəl şəhər üzrə müvafiq komissiyanın üzvləri ilə görüş keçirilib, müzakirələr aparılıb, onlara metodiki kömək göstərilməklə yanaşı, zəruri əyani təbliğat materialları ilə təmin olunublar.

“Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda keçirilən treninqlərdə iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılıb və onlara zəruri təbliğat materialları (eyni zamanda, elektron informasiya daşıyıcısında) paylanılıb.

Treninqdə iştirakçılara Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanan sertifikatlar və zəruri əyani vəsaitlər təqdim edilib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ