Azərbaycandan Rusiyaya ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən tədbirlər davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Forpost.az
AQTA və Rusiya Federasiyasının müvafiq qurumunun rəhbərliyi arasında aparılan mütəmadi danışıqlar, ölkəmizin fitosanitar nəzarət sisteminə yaranmış etimad və görülən işlərin məntiqi nəticəsi olaraq agentliyin zəmanəti ilə həmin təsərrüfatlarda vizualizasiya aparılmadan “Rosselxoznadzor" tərəfindən 2021-ci il noyabrın 1-dən etibarən daha 18 pomidor istehsalı müəssisəsindən pomidor ixracına icazə verilib.
Bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 205 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 360 min 133 ton təşkil edir. Bu, 2020-ci il ərzində Rusiyaya ixrac olunan pomidor məhsulunun 200.1 faizini təşkil edir.
Qeyd edək ki, pomidor yetişdirilən təsərrüfatlarda zərərli orqanizmlərin aşkar edilməsi və onlara qarşı effektiv mübarizə tədbirlərinin aparılması məqsədilə agentliyin mütəxəssisləri tərəfindən keçirilən monitorinqlərin miqyası daha da genişləndirilib və təsərrüfatların sağlamlaşdırılması istiqamətində sahibkarlara hərtərəfli metodiki köməklik göstərilir.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi