
Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun üzvləri oktyabrın 19-da aksiya keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmələri, bu məqsədlə onlara müvafiq yer ayrılmasına baxmayaraq, paytaxtın mərkəzində ictimai qaydanın kobud pozuntusu ilə müşayiət olunan hərəkətlərə yol veriblər. Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, razılaşdırılmamış mitinqin keçirildiyi ərazidə ictimai qaydanın kobud pozuntusu ilə müşayiət olunan hərəkətlərin, insanlar arasında yarana biləcək qarşıdurmanın, əhalinin rahatlığının pozulmasına yönələn hərəkətlərin qarşısı polis əməkdaşları tərəfindən qanun çərçivəsində alınıb. Bu zaman fəaliyyətlərinə heç bir maneə yaradılmadan, hadisələri işıqlandırmaq məqsədi ilə çəkiliş aparan şəxslər tərəfindən polisin fəaliyyətinə dair bir neçə olay, Avropa dövlətlərində baş verən hadisələrlə montaj edilərək, sosial şəbəkələrdə paylaşılır.
Xüsusi qruplar tərəfindən polisin imicini ləkələmək məqsədi ilə təhqir, böhtan, söyüşlərin paylaşıldığı bu statuslar, xalqın böyük əksəriyyəti tərəfindən narazılıqla qarşılanır və bununla bağlı ölkə vətəndaşları və ölkəmizə xüsusi simpatiyası olan əcnəbilər tərəfindən paylaşılan etirazlarda ölkəmizin qanunlarına hörmət, polis əməkdaşlarına ehtiram ifadə olunur.
Bununla əlaqədar ictimai asayişi qoruyan polisin çətin və şərəfli fəaliyyətinə verdiyiniz dəyərə, vətəndaş mövqeyinizə görə təşəkkür edirik.
Bildiririk ki, zamanın sərt sınaqlarından çıxmış, həmişə dövlətçiliyimizin etibarlı müdafiəçisi, vətəndaşların ümid yeri olan daxili işlər orqanlarının şəxsi heyəti qaragüruhçuların nə deməsindən asılı olmayaraq öz fəaliyyətini, dövlətçiliyə və xalqa sədaqət ruhunda davam etdirir və bundan sonra da belə olacaq.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi