BAKI, Forpost.az Milli Tədqiqatlar Mərkəzi
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Ramiz Mehdiyev və digərləri barəsində “dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub.
Forpost.az" "-ın əldə etdiyi məlumata görə, cinayət işi üzrə toplanmış materiallar əsasında, Azərbaycan Respublikası Baş nazirinin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
Qeyd edək ki, Abbas Abbasov 1992-ci ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsində çalışmışdır. Bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olmuşdur. 2006-cı ildə tutduğu vəzifədən azad edildikdən sonra Rusiya Federasiyasında yaşamağa başlamışdır.
Abbas Abbasov ötən müddət ərzində müxtəlif qanunsuz yollarla Rusiya Federasiyasında Azərbaycan diaspor strukturlarını,-xüsusi ilə Samarada fəaliyyət göstərən Samara Azərbaycanlıları Liqasının sədri Şirvan Kərimovu ələ keçirib, təsir altına salaraq Milli Maraqlarımıza qarşı,onun təhlükə altına qalması istiqamətində pozucu fəaliyyət aparıb.
Həmin ərəfələrə Abbas Abbasov, Şirvan Kərimovu prezident seçilərsə,onu nazir postuna gətirəcəyi vədini verərək,Şirvan Kərimovdan öz pozucu,şəxsi maraqları üçün,həmçinin, Azərbaycanın milli və təhlükəsizlik maraqlarına qarşı istifadə etmişdir.
Bu üzdən də,Şirvan Kərimov,Abbas Abbasovun pozucu maraqlarının müdafiəsiçi rolunda olduqca fəal iştirak etmiş və onun görüş və tədbirlərinin baş tutması istiqamətində milyon yarm rus rublu xərcləmişdir.
Azərbaycanın dövlət orqanları Abbas Abbasovun bu dönəmdəki fəaliyyətini araşadırarkən,yəqin, Şirvan Kərimov kimi milli maraqlarımıza qarşı pozucu fəaliyyət göstərmiş şəxslərin də o zaman atdığı şübhəli və qaranlıq addımlara da aydınlıq gətirəcək.
Çünki Rusiya Federasiyasında fəaliyyət göstərən bir çox diaspora təşkilatları, bu ölkənin xüsusi xidmət orqanları ilə bir başa bağlı olduğundan,onların fəaliyyət və hərəkət istiqamətləri dərindən araşdırmalıdır. Bu bizim üçün milli təhlükəsizlik və müqəddərat məsələsidir.
Şirvan Kərimov kimi şəxslər üzdə Azərbaycanın, arxa planda isə bizə qarş bu gün də pozuculuq fəaliyyəti göstərən ölkənin maraqlarını ifadə etməkdədirlər.
2012-ci ildə yaradılmış qalmaqallı, hamının “Milyarderlər İttifaqı” adı ilə tanıdığı Rusiya Azərbaycan Təşkilatları İttifaqının təsisçisi və rəhbəri olub (özünü bu təşkilatın rəsmi təsisçisi kimi qeydiyyatdan keçirməyi də unutmayıb).
Azərbaycanda 2013-cü ilin əvvəlində Əli Kərimli və ətrafından ibarət tərkibdə formalaşdırılmış “Milli Şura”nın rəhbəri Rüstəm İbrahimbəyov da Abbas Abbasovun bilavasitə rəhbərliyi altında “Milyarderlər İttifaqı”nın Koordinasiya şurasının üzvü olub. Hərçənd, hələ 2012-ci ildə “Milyarderlər İttifaqı”nın yaradılmasının Azərbaycanda siyasi proseslərə istiqamətləndiyi barədə xəbərdarlıq siqnalları veriləndə Rüstəm İbrahimbəyov “Milyarderlər İttifaqı” adından çıxış edib, müsahibələr verərək bu ittihamları yalanlayırdı. 2013-cü il hadisələri isə hamıya bəllidir. Təsadüfi deyil ki, əvvəllər hər ay Azərbaycana gələn Abbas Abbasov 2013-cü ilin əvvəlində “Milli Şura”nın yaradılması məsələsi ortaya çıxan vaxtdan əməllərinə görə ehtiyatlanalaraq Azərbaycana gəlmir.
Əldə edilən məlumatlara əsasən, qeyd olunan şəxslər və təşkilatlar arasında sövdələşməyə uyğun olaraq Azərbaycana müxtəlif kanallarla köçürülmüş pul vəsaitləri, həmin vaxt bu sövdələşmələrə və proses iştirakçılarına olunan vədlərə dair audio-video yazılar, ölkə xaricində baş tutmuş görüşlərə, Azərbaycanda konstitusion dövlət hakimiyyətini zorakı yolla ələ keçirmə planlarına dair sair materiallar ələ keçirilərək cinayət işinə əlavə edilib və açıq məhkəmə baxışında geniş ictimailəşdiriləcəkdir.
Xatırladaq ki, Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi