Elşad Mehdi
[email protected]
__________________________________
Hazırki real,köhnə,yeni dünyanın siyasi mozaikasındakı qarışıq,tünd,boz,bulanıq rəng palitrasını təhlil edərkən,İİ Dünya Savaşından sonra tarixdə dəfələrlə bölünməyə məruz qalmış dünyanın yenidən bölünməsi kor bucaq nöqtəsində qurulan beynəlxalq sistemin,növbəti yeni dizaynda inşası prosesinin zidiyyətlərlə yadda qalan asimmetrik detalları müşahidə edilməkdədir.
Bu üzdən tək qütblü köhnə beynəlxalq sistemdən,çox qütblü yeni dünya nizamına keçidin çətin geo-siyasi,geo-iqtisadi,geo-strateji paradoksal və kontrast dolu doğuşu,qlobal aktorlar arasında bəzən qurucu,bəzən də dağıdıcı doktrinalara yol açmaqdadır.
Əlbəttə,pərdəarxası planlar üçün düşünülmüş bu əsas missiya,qlobal aktorlar tərəfindən beynəlxalq sistemin geo-siyasi və geo-iqtisdadi idarəçilik missiyasını bütövlükdə öz üzərinə götürmək məqsədi daşıyır.
Lakin,bütün bu baş verən proseslərin qabarıq,qarışıq,boz,bulanıq fonunda,neytron və ionlarla zənginləşdirilmiş dağıdıcı,eskalasiyalara yol açan nüvə dünyasının,qlobal sülh və təhlükəsizlik arxitekturasını arxa plana keçirərək,növbəti açılacaq sabahların və doğulacaq günəşin təhlükə altında qalma əmsalını get-gedə,daha çox sıfra endirmək fürsətini qazandırmaqdadır.
Bu təhlükəli risk,həm sülh və sabitliyi təmin etmək,qlobal təhlükəsizliyin qayğısına qalmaq üçün strateji baxışları dəyişməyi tələb edir,həmçinin gələcək beynəlxalq münasibətləri tənzimləmək istiqamətində beyin mərkəzlərini rasional,doktrinal,sağlam düşüncələr sərgiləmək istiqamətində real addımlar atmağa sürətləndirir.
Təəssüflər,göstərdiyimiz kimi bu gün geo-siyasi və geo-iqtisadi hegemon maraqları üçün dünyanın bir çox regionlarında münaqişə,təhlükəli eskalasiyalar formalaşdıran,bununla da qlobal böhranlara yol açan bəzi qlobal oyunçular,beynəlxalq sistemin məzmun səciyyəsini,qlobal təhlükəsizliyin təmin olunmasını,faydalı iş əmsalından daha çox, mənfi dinamik riyazi əyri,qırıq xətt boyunca inkişaf etdirməyə əndişələnirlər.
Bütün bu baş verən mənfi dinamik,təhlükəli,sərt transformasiyaların tendensiv fonunda,beynəlxalq münasibətlərin müsbət,dinamik inkişafı istiqamətində ağıllı,strateji,doktrinal, rasional düşüncə sahibləri, çevik və sürətli diplomatik gedişləri ilə yadda qalan,beynəlxalq diplomatiya və beynəlxalq hüququn verdiyi imkanların əhatə dairəsində dünyada sülh və sabitliyin,qlobal təhlükəsizliyin qurulmasında daha çox maraqlıdırlar.
Bu istiqamətdə daimi irəli sürülən bu tip regional,qlobal plan və proqramlar,strateji təşəbbüslər, praqmatik,sağlam düşüncə sahiblərinin hərəkət dinamikasını beynəlxalq ictimaiyyata olduğu kimi təqdim edir,gələcək münasibətlərin nizamlanması üçün stimul verən amil kimi faktora çevrir.
1999-cu il iyulun 31-də Kral II Həsəndən sonra,Mərakeş Krallığının Taxt- Tacına Çıxan Əlahəzrət VI Məhəmmədin həm Afrika-Atlantik regionunda,həmçin qlobal dünyada regional və beynəlxalq əməkdaşlıq üçün sülh,sabitlik,təhlükəsizlik konsepsiyası,fundamental təməl prinsipləri,diplomatik çıxışları,tezisləri,bundan sonrakı qlobal münasibətlərin real forma və məzmun səciyyəsi almasında ümidləri artıran diplomatik jestləri,praqmatik təşəbbüsləri olan vacib personanın varlığından xəbər verdi.
Doğurdan da.Əlahəzrət Kral VI Məhəmmədin strateji demarşı,onun ritorikadan uzaq,real,doktrinal baxışları,qlobal sülh və təhlükəsizliyə fayda verən aktiv siyasi görüş və tezisləri,beynəlxalq aktorların diqqətini özünə çəkməyi bacardı,ardınca da vacib,mərkəzçi,regional,gələcəkdə qlobal müstəviyə transformasiya olunacaq lider statusu qazandırdı.
Son 25 il müddətində Əlahəzrət Kral VI Məhəmmədin regional diplomatik təşəbbüsləri,strateji sağlam proqram və layihələri,-Afrika və Atlantik coğrafiyasında beynəlxalq aktorların maraqları konteksindən olduqca əlverişli səciyyə daşımaqdadır.
Onun fərqli,özünəməxsus siyasi gedişləri və strateji təşəbbüsləri,gələcək inkişaf dinamikası planları istiqamətində hər bir müsbət hərəkət və praqmatik dəyişikliklər üçün atdığı addımlar,prinsipial sabitlik və təhlükəsizlik baxımından beynəlxalq münasibətlərin doğru,düzgün nizamlanması proyeksiyası ilə üst-üstə düşən,ekvivalent yaradan arqumentlərdəndir.
Bu gün Əlahəzrət Kral VI Məhəmmədin ağıllı,sağlam,dürüst,strateji doktrinal siyasi,iqtisadi,loqistik,ticari,dənizçilik,regional,qlobal platformaları,beynəlxalq müstəvidə Mərakeş dövləti və xalqı üçün olduqca dinamik inkişaf,möhkəm sabitlik,daimi sülh və təhlükəsizlik prioritetləri vəd edir,bu təməl prinsipini steril,rasional,paradiqmatik,fundamental düz-perpendikulyar müstəvidə müəyyənləşdirməyi bacarır.
Bu aspektdən,Kralın hər diplomatik çıxış və tezisləri,beynəlxalq aləmdə olduqca böyük maraqa qarşılanır və çeşidli müzakirələrə səbəb olur.
XX əsrin əvvəllərindən başlayaraq hazırki günümüzə kimi yüz illik siyasi,iqtisadi,sosial,mədəni inkişaf yolu keçən Mərakeşin uğur simvolu,əlbəttə,onun mübariz və azadlıq sevər xalqı,ölkənin milli müqəddaratı və milli dirçəlişi üçün davamlı səy göstərmiş siyasi liderləridir.
Bu gün həmin müqəddəs missiyanı Əlahəzrət Kral VI Məhəmməd,-özünün sağlam,siyasi, strateji,diplomatik görüşləri ilə inkişaf və davam etdirməkdədir.
Çünki,1990-cı illərin sonlarından başlayaraq,Əlahəzrət Kral VI Məhəmmədin rəhbərliyi ilə Mərakeşin regional güc statusu qazanması üçün olduqca kritik mərhələyə addım atılmışdır.
Bu milli,strateji demarş,doğurdan da ölkədə köklü islahatlara start verilməsi,bu müstəvidə regiona qlobal aktorların cəlb olunması,siyasi,iqtisadi,diplomatik münasibətlərin inkişaf tendensiyasının dinamik,yüksələn xəttlə müəyyənləşməsinə gətirib çıxartdı.
Bu təşəbbüslə o,regionda davamlı sülhün və təhlükəsizliyin qorunması və eyni zamanda beynəlxalq müstəvidə bütün ölkələrlə rasional düşünülmüş ortaq inkişaf tendensiyasının təşviq edilməsi kimi əsas məqsədə sadiq qalmağın öhdəliyini də öz üzərinə götürürürdü.
Həmçinin,Əlahəzrət Kral VI Məhəmməd özünün strateji iti baxış bucağı nöqtəsi ilə, hazırki qlobal dünyada ümumbəşəri dəyərlər sistemi üçün ortaq gələcəyi olan bir icma qurmaq və bu strateji,doktrinal platformaya töhfə verməyi,Mərakeşin daimi missiyası kimi qiymətləndirirdi.
Lakin,realiist,praqmatik düşüncəyə,diplomatik, strateji gücə üstünlük verən Əlahəzrət Kral VI Məhəmməd,-qlobal aktorların "Tukidid tələsi"ndən də yayınmağı əsas prioritet kimi götürərək,gələcək strateji məqsədlər üçün Mərakeşi regionda periferik gücə çevirmək,nüfuz və təsir dairəsi qurmaq istəyən istənilən beynəlxalq oyunçunun hegemon iddiasını rədd etmək planını,milli proqram kimi təməl prinsipi hesab edirdi.
Bu tarixi aspektəndən baxdıqda,Əlahəzrət Kral VI Məhəmməd,- məhz 2021-cilin 7 noyabrında Yaşıl Yürüş zamanı söylədiyi diplomatik nitqində bir-birinə hörmət, ortaq faydalar,ədalətli və qarşılıqlı əməkdaşlığı özündə ehtiva edən yeni bir regional münasibətlər sistemini gələcək nəsillər üçün qurmağa səsləndi.
Bu diplomatik yest və təşəbbüs,-Əlahəzrət Kral VI Məhəmməd, həmçinin Mərakeş xalqının, regional çoxqütblülüyün,qlobal iqtisadi və mədəni müxtəlifliyin gələcək dinamik inkişafına tarixi çağırışı idi.
Bu strateji demarş, beynəlxalq idarəetmə sistemində və qlobal nizam üçün müsbət,tendensiv və impulsiv diplomatik dəyişiklikləri zəruriətə çevirmək planlarında olduqca əlverişli, faydalı paradiqma kimi yadda qalandır.
Əlahəzrət Kral VI Məhəmmədin bu doktrinal strateji "Regional Birlik" təşəbbüsü, artan enerji çatışmazlığı,varlı və kasıb ölkələr arasında genişlənən uçurum və bir çox sahələrdə qaynar nöqtələr kimi qeyri-müəyyənliklər və qeyri-sabitləşdirici aspektləri məhdudlaşırıb,-terrorizm, kibertəhlükəsizlik,iqlim dəyişiklikləri və əsas yoluxucu xəstəliklərin həyəcan verici qeyri-ənənəvi təhlükəsizlik risklərinə qarşı birgə, planlı addımlar atmağı xarakterizə edirdi.
Bu təşəbbüs həmçinin,ortaq gələcəyi olan bir cəmiyyətdə yaşayan bütün dövlətlərin birləşik əməkdaşlıq etməsinin mümkünlüyünə aydınlıq gətir,Afrika regionunda yaşayan xalqların heç vaxt uğursuzluğa düçar olmayacağına inandırırdı.
Əlahəzrət Kral VI Məhəmmədin strateji demarşının əsas prioritetlərindən ən vacibi,Mərakeşin Şimali Afrikanın ən böyük inkişaf etməkdə olan ölkəsi kimi, rəsmi Rabatın ticarət və investisiya liberallaşdırılmasının asanlaşdırılmasını dəstəkləməsi,regional iqtisadi əməkdaşlığı daha açıq,inklüziv, daha ədalətli şəkildə məzmun səciyyəsi almasıdır.
Bu liberal yanaşma,əlbəttə ki,rəsmi Rabatla regional əməkdaşlığa maraqlı Afrika ölkələrinə fayda gətirir.
Üstəlik,Mərakeşin regional və həmçinin beynəlxalq tərəfdaşlıqları fəal inkişaf dinamikasına keçidini sürətləndirir, digər ölkələrin də siyasi,iqtisadi,strateji maraqlarının rəsmi Rabatla yaxınlığını artıracağına fürsət vermiş olur.
Bu amil də diqqətdən qaçmayandır ki,-Ruanda və Keniya kimi digər Afrika dövlətləri ilə yanaşı,ən dinamik forma və məzmunda böyüyüyüb gücə çevrilən Mərakeş,başqalarının maraqlarından faydalanıb inkişafa can atmayacağını,lakin, qanuni hüquqlarından,əsas prioritet maraqlarından imtina etməyəcəyini də daim etiraf edir.
Bu üzdən Mərakeş,müstəqillik və suverenlik kimi milli müdafiə xarakterli təhlükəsizlik yanaşmasına hər zaman önəm verir. Bunula paralel,rəsmi Rabat gələcək maraqları konteksindən regional nizamı təhlükəyə atmaq istiqamətində üstünlük qazanmaq və ya rəqabət ardınca getmək doktrinasının olmadığını,regional tərəfdaşları ilə münasibət,təşəbbüs və çağrışlarında hər zaman bəyan etmişdir.
Müasir dünyanın siyasi tarixində Mərakeş və onun mübariz xalqı,Şimali Afrikanın digər ölkələrindən fərqli olaraq müstəmləkə qurbanlarından biri kimi tarixin yaddaşına yaılmışdır.
Məhz bu gün,azadlıq sevər,cəsur mərakeşlilər bir daha həmin tarixin təkrar olunmaması üçün qanları bahasına qazandıqları müstəqillik və suverenliyi milli müqəddaratları kimi qeyd edir, həmçinin,güclü Mərakeş uğrunda fasilə vermədən mübarizə aparırlar.
Afrika regionunda gücün simvolu,sülh və təhlükəsizliyin qarantı olaraq, Əlahəzrət Kral VI Məhəmmədin bütün ağıllı,sağlam, doktrinal demarşlarına qoşulub,bu tarixi missiyanı mübariz çiyinlərində daşımağı milli- mənəvi, tarixi borc kimi qiymətləndirirlər.
Bu tarixi, milli missiya,-Afrika qitəsi ətrafındakı dövlətlərlə qarşılıqlı və dostluq əlaqələrini inkişaf etdirmək və nəticədə qitə idarəçiliyində iştirak etmək məntiqi ardıcıllığı ilə tamamlanandır.
Mərakeş,-status-kvoya qarşı hegemon güc kimi çıxış etmək əvəzinə,qlobal nizama hörmətini,qitə məsələləri üçün məsuliyyətlərini və beynəlxalq məsələlərdə qarşılıqlı fayda, hərtərəfliliyin təşviqini təqdim edir.
Əlahəzrət Kral VI Məhəmməd 2016-cı ildə Kralın Afrika Diplomatiyasının əsas hədəflərini irəli sürən gündən, rəsmi Rabat ortaq inkişafın yeni mexanizmlərini yaratmaq istiqamətində Afrika əməkdaşlığı üçün möhkəm bir platforma qurmağa böyük enerji, resurs və qavrayış sərf edib və bu, dövlət siyasəti, kommunikasiya xidmətləri, ticarət, sənaye məhsuldarlığı və sosial-mədəni yaradıcılıq kimi geniş sahələri özündə əhatə edir.
Bütün bu demarş və strateji hədəflər əlbəttə ki,Mərakeşi regional lider kimi Afrikanın gələcək inkişaf dinamikasında əsas periferik aktor,qaydalar yaratmağ üçün özündə məsuliyyətli bir güc formalaşdıran ölkə statusu qazanmasına fürsət verir.
Həmçinin,sülh,diplomatiya vasitəsi ilə regionda Afrika nizamını qorumaq üçün əsas oyunçulardan biri kimi maraqlı olduğunu göstərir.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi