BAKI, Forpost.az
Paytaxtımızda keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” tədbirində Liviya Dövlətinin mədəniyyət və koqnitiv inkişaf naziri Mabroukah Osman Toghi də iştirak edir.
Forpost.az xəbər verir ki, dekabrın 9-da Bakı Konqres Mərkəzində mədəniyyət naziri Adil Kərimli ilə liviyalı həmkarı arasında ikitərəfli görüş olub.
Qonağı salamlayan nazir Liviyanın beynəlxalq festivalda yüksək səviyyədə təmsil olunmasına görə qarşı tərəfə minnətdarlığını bildirib. Adil Kərimli Azərbaycanla Liviyanın BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində uğurla əməkdaşlıq etdiklərini deyib, festivalın iki ölkənin mədəni əməkdaşlığını müzakirə etmək üçün yaxşı fürsət olduğunu diqqətə çatdırıb.
Azərbaycanla mədəniyyət sahəsində sıx əməkdaşlıq qurmaq niyyətində olduqlarını vurğulayan liviyalı nazir iki ölkə arasında mədəni münasibətlərin genişləndirilməsi üçün birgə fəaliyyətin səmərəli nəticələr verəcəyinə inamını ifadə edib.
Görüşdə mədəni əlaqələrin perspektivləri müzakirə olunub, gələcəkdə bu istiqamətdə təmasların davam etdirilməsi barədə razılığa gəlinib.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi