Ceyhun Bayramov Avstriyada işgüzar səfərdədir
Tarix: 4-12-2025, 08:11
Google+ Paylaş
Tumblr Paylaş

Ceyhun Bayramov Avstriyada işgüzar səfərdədir

4-12-2025, 08:11

BAKI,Forpost.az
3 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avstriya Respublikasının paytaxtı Vyana şəhərinə işgüzar səfərə yola düşüb.

Məlumatı XİN yayıb.

Bildirilir ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 4-5 dekabr tarixlərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 32-ci iclasında iştirakı və çıxışı, habelə tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ