Ermənistanda kütləvi etirazlar: Azərbaycanın tarixi ədaləti bərpa etməsi konteksində, Paşinyan hakimiyyətinin siyasi iflası
Tarix: 10-11-2020, 14:24
Google+ Paylaş
Tumblr Paylaş

Ermənistanda kütləvi etirazlar: Azərbaycanın tarixi ədaləti bərpa etməsi konteksində, Paşinyan hakimiyyətinin siyasi iflası

10-11-2020, 14:24

Ermənistanın baş naziri Paşinyanın Dağlıq Qarabağla bağlı bəyanatından sonra Ermənistan vətəndaşları hökumət binasına hücum ediblər.

Forpost.az

Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, etirazlar Dağlıq Qarabağda müharibənin dayandırılması ilə bağlı ölkənin baş naziri Nikol Paşinyanın açıqlamasından sonra başlayıb. Etirazçılar hökumət binasına daxil olublar. Etirazçıların Baş nazirin kabinetə girdiyi və ciddi ziyan vurduğu deyilir. Onlar dövlət atributlarını binadan çıxarmaqla öz etirazlarını bildiriblər.

Həmçinin məlumatlara görə parlamentin spikeri Ararat Mirzoyan və başqa bir nəfərin döyülüb. Yüzlərlə etirazçı parlament binasına doğru hərəkət edib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ