Elşad Mehdi
[email protected]
___________________________________________________________
Hazırki real köhnə,yeni dünyanın geosiyasi müstəvisi üstündə sürətli və çevik cərəyan edib,tez-tez dəyişməyə məruz qalan proseslər,bu prorseslərin bumu,qlobal aktorları daha praqmatik,daha işlək,modern,multimodel proqramların tətbiqi üçün düşündürür.
Bu rasional,doktrinal,ritorikadan uzaq,intellektual düşünülmüş proqramlar, həm regional,həm də qlobal faktor kimi aktuallığını qoruyub saxlayandır .
Lakin,bəzən bu temp qlobal aktorların dünya üzərində iqtisadi,siyasi, hərbi üstünlük qazanması,iri maraqlarının təmin edilməsi,çoxgedişli hərəkətlər üçün trayektoriik geosiyasi həmləsi,asimmetrik qeyri-müəyyən,kritik və kor bucaq nöqtənin qırlması planlarında, süni intellekt,alqoritm,rəqəmsal yüksək texnologiyalarının təhlükəli,ölümsaçan tətbiqi ilə daha çox müşahidə olunur.
Tünd,parodksal, kontrast dolu bu qeyri-müəyyənlik əmsalı,getdigcə tərs-mütənasiblik üçün yeni mənfi tendensiyaların asimmetrik parametrlərini gərgin fazada formalaşdırmağa,məzmun səciyyəsi almasına əndişələndirir.
Bu üzdən sabit,stabil dünyanın, sülh və təhlükəsizliyə dayanıqlı beynəlxalq münasibətlərin,doğru-düzgün qlobal geosiyasi və geostrateji nizamın qurulması fonunda, -qorxulu kiber təhlükələr,gələcək nüvə eskalasiyaları,məhəlli və total münaqişələrin mövcudluğu asimmetriyasının həlli məsələsi,olduqca düşündürücü və təxirəsalınmaz,bəşəriliyi ilə seçiləndir.
Qlobal aktorların son kritik keçid mərhələlərində bir-birinə qarşı hibrid təhdidlər yaratması,artan gərginliyin mənfi inkişaf dinamikasını riyazi əyri,qırıq xəttlərlə deyil,həndəsi silsilə şəklində davam etdirməyə olduqca meyillənəndirir.
Dünyanın bütün siyasi mənzərəsini dəyişməyə gücü çatan qlobal mərkəzlərin bu istiqamətdə mümkün alqoritmik platformalardan,güclü və dağıdıcı radiodalğalar,HHARP sistemindən istifadəyə keçidininin qeyri-məqbul mənfi tendensiv hərəkət dinamikası,hibrid təhdid və təzyiq vasitələri,hazırki beynəlxalq sistemin siyasi, iqtisadi,loqistik,tranzit, ticarət daşımalarında nüfuz üstünlüyü,təsir dairəsi qurmaq planlarından xəbər verən ştrix, detallardır.
Bu,xüsusi ilə qlobal aktorların dənizlər uğrunda savaş və rəqabət dartışması,enerji dəhlizlərinə nəzarətin neqativ strateji narrativliyi, hibrid təsirlər üçün mexanizmin işlək steril vəziyyətə gətirilməsi ilə kodlaşdırılır.
Qarşıq,ziddiyyətli rəng palitrası,həmçinin artan hibrid təzyiqlərin bulanıq,boz fonunda,regional,həmçinin qlobal paralellər boyunca rasional,aydın,simmetrik,doktrinal düzgün strateji xəttə sahib Mərakeşin NATO-nun Cənub Tərəfdaşlığı Proqramları Çərçivəsində İspaniya ilə Qərbi Aralıq dənizində manevrləri ,Türkiyənin Nusret -2025 dəniz təlimlərinə qoşulması,hərbi tədbirlərdən daha çox,regional təhlükəsizlik, həmçinin ölkənin hazırki və gələcək suveren maraqları konteksindən olduqca əlverişli,əhəmiyyət kəsb edəndir.
Bu dinamika,Şimali Atlantika Blokunun sularda tutduğu mövqeyi və fərqli,spesifik Afrika geosiyasi arxitekturasının dizaynı aspektindən də diqqət çəkəndir.
Çünki, NATO-nun cənub cinahının hazırki mərkəzi aktoru rolunu oynayan Mərakeş,onun ətrafında geniş əhatə dairəsi formalaşdıran strateji ana xəttin bir hissəsini təşkil edir.
Bu tip real mənzərədən yaranan aydın fon,Mərakeşin etimad qazanan tərəfdaş kimi NATO-nun cənub cinahı üçün təhlükə anında ,periferik güc kimi ağırlıq mərkəzinə keçdini təmin edir.
Bu ampulada qarşlqlı etimada söykənən Mərakeş –NATO tərəfdaşlığı,gələcək birgə dərin strateji doktrinaların effektliyini özündə ehtiva edəndir.
Beləliklə,Mərakeş artıq Aralıq Dənizi Dialoqu Vizyonunda NATO-nun sadəcə tərəfdaşı rolunda deyil, həm də Alyansın İrəli Təhlükəsizlik Şəbəkəsinin strukturunu formalaşdıran əsas,etibarlı,sabit aktor statsunu qazanaraq, gələcək qlobal platformaların iştirakçısı kimi öz yerini müəyyən edən stabil,dayanıqlı güc sahibinə çevrilməkdədir.
Üstəlik,NATO-nun Qara dənizdə rastlaşdığı təzyiqlər,Saheldə pozulan sabitlik,Atlantik okeanı boyunca strateji rəqabət üçün gələcək prioritetlərini yenidən işlək mexanizm şəklinə saldığı bir zamanda,Mərakeşin Alyansın cənub cinahındakı təhlükəsizlik perimetrinin sularda sabitliyə qarant dayanması,-tərəflər arasında yaranan etimadı bir daha möhkəmləndirən vacib amil kimi də diqqət çəkir.
Bu amil,Dəniz Mühafizəsi Əməliyyatı çərçivəsində MARCOM-un səlahiyyətləri altında fəaliyyət göstərən İspaniya freqatı Reina Sofia ilə Mərakeş freqatı Tarik Ben Ziyad arasında Cəbəllütariq boğazındakı dəniz təlimi,qarşılqlı etimad və tərəfdaşlığın gələcək prespektivlərini bir daha çılpaqlığı ilə göstərir.
Ardınca da,strateji müşahidə,kritik dəniz axınlarının qorunması və həssas dəniz ərazilərində çəkindirmə prosedurları,-effektiv operativ qarşılıqlı fəaliyyət proqramını nümayiş etdirməklə, Mərakeşin Alyansın dəniz missiyalarına artan inteqrasiyasını bir daha təsdiq edən vacib detallardandır.
Bir vacib məqamı da qeyd etmək olduqca strateji düşündürücüdür,-2001-ci ildə 5-ci Maddədən sonra işə salınan Active Endeavour-un varisi olan Sea Guardian,hibrid-təhdid reaksiyası,qabaqlayıcı kəşfiyyat,çoxdomenli müşahidə və aktiv dəniz nəzarətini birləşdirərək, NATO-nun cənub dəniz təhlükəsizliyi mövqeyini modernləşdirir.
Öz növbəsində Mərakeş, NATO-nun cənub cinahında gözlənilən təhdid və təhlükələr zamanı görmə qabiliyyətini gücləndirərək, Alyansın Təkmilləşdirilmiş Qadağanetmə mövqeyini dəstəkləməklə, götürdüyü tərəfdaşlıq missiyasını yerinə yetirir.
Bu müsbət dinamik tendensiya,aparıcı Avropa ölkələrində impulsiv geniş planlanır,strateji əsaslarla qiymətləndirilir.
Çünki,Qərbi Aralıq dənizi və Cəbəllütariq boğazının təhlükəsizliyi məsələsi, Atlantik və Aralıq dənizi arasında ən həssas dəniz tıxacının cənub sahilinə nəzarət edən Mərakeşin rolu olmadan təmin edilə bilməz.
Məhz bu fonda Tarik Ben Ziyad freqatı,həmçinin Mərakeş Kral Donanması, NATO-nun dəniz arxitekturası quruculuğu istiqamətində əldə etdikləri davamlı inteqrasiyanın yetkinliyini nümayişi etdirməsi,gələcək strateji tərəfdaşlığ üçün daha geniş prespektivlər formalaşdırır.
Bu aspektdən Mərakeş Kral Donanması,NATO C2/C4ISR standartlarına uyğun olan TACTICOS döyüş sistemi ilə təchiz edilmiş çoxlu döyüş dövrələrini həyata keçirir,heterojen sensorlardan gələn izləri əlaqələndirir və MARCOM tələblərinə uyğun olaraq dəniz situasiya məlumatlılığını qoruyur.
Artan domen məlumatlılığının birləşmə imkanları yerüstü, hava və yeraltı məlumatların real zaman rejimində vahid taktiki proqrama uyğun yığılmasına imkan verir.
Ən modern,alqortimik ,hibrid təhlükə və təhdidləri qabaqlayan silahlarla təchiz edilmə, Exocet MM40 Block 3, MICA VL və qarşılıqlı işləyə bilən helikopter platformanın təşkili,Mərakeş Kral Donanmasının çoxdomenli imkanlarını gücləndirərək,səssiz hərəkət,azaldılmış elektromaqnit dalğaları və şifrələnmiş taktiki şəbəkələr vasitəsi ilə, məhdud A2/AD formalarına məruz qalan mühitləri daxil edib,NATO Tapşırıq Qruplarına səmərəli inteqrasiyanı təmin edir.
Mərakeş Kral Donanmasının bu cür təczihat imkanlar paketi,təsbit dərinliyini və çoxoxlu izləmə qabiliyyətini gücləndirərək, yaxın real vaxt rejimində trek paylaşmağa, ROE-nin uyğunlaşdırılmasına, sinxronlaşdırılmış patrul dəhlizlərinə və daha geniş radar,sonar əhatə dairəsi sxeminə inteqrasiyaya imkan verir.
Nəhayət,bu, qeyri-qanuni insan alveri, dənizə infiltrasiya,yeraltı təxribat və ya sabitliyin pozulması əməliyyatları kimi asimmetrik və hibrid ssenarilərə belə koordinasiya edilmiş cavablara çevrilir.
Mərakeş platforması Alyansın əməliyyat kontinuumu çərçivəsində fəaliyyət göstərir və Kral Mərakeş Donanmasının strateji yetkinliyini təsdiqləyir.
Beləliklə,Mərakeşin Mersində keçirilən “Nusret 2025” təlimlərində iştirakı prespektivi,onun ikinci böyük inkişafını təsdiq edən əsas faktorlardandır.
Çünki,bu gün Mərakeş Aralıq dənizi hövzəsindən kənar,geniş spektrdə, seqmentlərinin əhatə dairəsi uzantıları ilə fərqlənən təhlükəsizlik arxitekturasına inteqrasiya olunduğundan,NATO-nun yeni doktrinaları sınaqdan keçirdiyi planlarında,-mina əleyhinə tədbirlər, SLOC mühafizəsi və sahil zonalarında hibrid təhlükələrə cavab tədbirlərində yaxından iştirak etməkdədir.
Regional periferik güc kimi Mərakeşin bu doktrinal platformalara tam inteqrasiya olunması və qarşılğında da NATO-nun daha geniş spektrdə dəyişikən strateji siyasət yürütməsinə uyğunlaşması tendensiyası,indi Alyansı cənubun təhlükəsizliyini strateji qarşılıqlı asılılıq baxımından aydınlaşdırır.
Bununla paralel,Saheldə pozulan balans, qeyri-sabitlik üçün faydalı iş əmsalının faiz dərəcəsi endigcə,getdigcə beynəlxalq aktorlar Afrika və Atlantik seqmentində fəaliyyət dairələrinin radiusunu genişləndirirlər.
Bu mənfi impulsiv temp,enerji dəhlizləri üçün həssas ,neqativ,bəzən də sərt,katastrofik meyillərlə müşahidə olunmağa gətirib çıxarır.
Əlbəttə,hadisələrin bu məcrada inkişafı zamanı,NATO-nun sabitlik,dayanıqlı və etibarlı,etimad qazanmış tərəfdaşlara müraciət etməsi olduqca praqmatikdir.
Bu kritik periodda Mərakeşin strateji dizayn baxımından Avro-Atlantik sferada sistemli periferik güc,regional aktor kimi meydana çıxması,Alyans üçün ən əlverişli və qazanılmış mövqe üstünlüyü kimi səciyyə olunandır.
Doğurdan da, bu gün Mərakeş Aralıq dənizi və Afrika arasında stabilizator rolunu oynayan,Atlantik dəhlizinin təhlükəsizliyinin təminatçısı,terrorla mübarizə və kəşfiyyat koordinasiyasının mərkəzi qovşağı missiyasını üzərinə götürən regional lider kimi ən etibarlı tərəfdaşdır.
Mərakeşdə İnterpol Baş Assambleyasının Toplantısını təşkil olunması,bir daha rəsmi Rabatın doktrinal strateji tərəfdaş olaraq vacib beynəlxalq platformalara ev sahibliyi etməsini,onun əsas mərkəzçi rol oynayan periferik güc,regional lider statusu qazanmasını təsdiq edən arqumentlərdəndir.
Hazırda Mərakeş,Afrika,Atlantik seqmentində beynəlxalq terrorizm və mütəşəkkil cinayətkarlığa qarşı qlobal mübarizənin əsas çevik,operativ güc mərkəz kim qiymətləndirlir, Avro-Atlantik əməkdaşlıq və təhlükəsizlik arxitekturasında mərkəzçi rolunu daha da gücləndirir.
Butün bu strateji detal və ştrixlər,bir daha Mərakeşə NATO-nun cənub arxitekturası daxilində fərqli və əlverişli mövqe qazandırır, həmçinin,bir neçə fazada effektlər yarada bilən,Alyansın çəkindirmə, müdafiə mövqeyinə birbaşa töhfə verə bilən əməliyyat stabilizatoru statusu imicini formalaşdır.
Bu fakt,Aralıq dənizi-Atlantik-Afrika üçbucağı şəklindəMərakeşə qlobal təhlükəsizlik mühitində həlledici vektor təşkil etmək planlarında fürsət vermiş olur.
Bunu da qeyd etmək olduqca vacib strateji arqumentlərdəndir ki,Mərakeşin NATO konteksində cənub yanaşmalarının əsas əməliyyat pivotu kimi,Cəbəllütariq manevrləri və Türkiyədə dəniz təlimlərində iştirakı arasında uyğunluq əmsalı qazanması,onun etibarlı tərəfdaş kimi sularda sabitliyin təminatçısı kodunu bir daha təsdiqləyir.
Beynəlxalq aktorların Avro-Atlantik dəniz təhlükəsizliyi arxitekturasında Mərakeşin mövcud imkanlarının davamlı inteqrasiyasıyaya cəlb olunması tələbi,rəsmi Rabatın AFRICAN LION, Hand Shake və NATO ilə əlaqəli təlimlərdə təkrarən iştirakı məsələsini bir daha aktual edir.
Bu strateji akt,bir daha birləşmiş C2 arxitekturasının,domenlərarası sinxronizasiyanın və çox təhlükəli mühitlərə hazırlığın vacibliyini təsdiq etmiş olur .
Bu strateji planın mövcudluğu paradiqamsında,Mərakeşin etibarlı sensordan atıcıya inteqrasiyasına,təkmilləşdirilmiş trek idarəçiliyindən RMP birləşməsinə,Cəbəllütariq-Qərbi Aralıq dənizi-Şərqi Atlantika triadasında möhkəm dəniz situasiyanı məlumatlandırmaq öhdəliyini götürməsi keçidi,Alyans tərəfindən təmin edilir.
Beləliklə,Mərakeş Alyansın ən həssas dəniz yanaşmaları boyunca davamlı giriş,domen məlumatlılığı və əməliyyat dərinliyi platformasında təminatçı- aktor rol oynamaq imkanını qazanmış olur.
Həmçinin,Boğaz Kəməri Doktrinasında,Mərakeşin NATO-dakı rolunun konseptual əsasını,-Əlahəzrət Kral VI Məhəmmədin mükəmməl StraitBelt Layihəsi müəyyənləşdirir;beləki, həm regional həm də qlobal maraqlara cavab verən adıgedən bu iri çaplı, strateji doktrinal platforma,Mərakeşi Aralıq dənizi, Atlantik və Saheli birləşdirən dəhliz dövləti və kontinental-dəniz interfeysi kimi beynəlxalq müstəvidə etibarlı,etimadı doğruldan tərəfdaş, periferik güc mərkəzi,qlobal layihələrin keçərliyinə zəmanət verən,suveren,müstəqil, təhlükəsiz, sabit, stabil ölkə kimi təqdim edir .
StraitBelt,-Mərakeşin artıq təkcə periferik güc deyil,həm də beynəlxalq sistemin işlək mexanizminin dizyn müəllifi, gələcək arxitekturasını formalaşdıran nüfuzlu,qurucu aktor,intellektual təməl prinsipini müəyyənləşdirən qlobal beyin mərkəzi olduğunu təsbit etməkdədir.
Bu fonda, NATO-nun formalaşmaqda olan strateji prioritetləri çərçivəsində StraitBelt, Avro-Atlantik Bölgənin Təhlükəsizliyi və Müdafiəsi (DDA), Alyansın Dəniz Strategiyası,MARCOM üfüqünün skan edilməsi istiqamətində,- NATO 2030 gündəliyi ilə ekvivalent yaradır.
Bu strateji tandem, Mərakeş-NATO əməkdaşlığını daha da gücləndirir.
StraitBeit,-qlobal strateji proqram kimi həmçinin,Alyansa cənub cinahını daim əməliyyat şəraritində nəzarətdə saxlamaq və situasiya məlumatlılığını strateji üstünlüyə çevirmək üçün ardıcıl paradiqma təklif edir.
Mərakeş həm də,Əlahəzrət Kral VI Məhəmmədin uzaq hədəflərə hesablanmış doktrinal,praqmatik baxışları ilə Yeni Qlobal Nizamın Quruculuğu Planlarında beynəlxalq siyasi sabitliyi,institusional davamlılığı və Qərb standartlarına uyğun hərbi modernləşməni suverenlik, müstəqillik,regional lider statusuna uyğun olaraq özündə ehtiva edib,müasir dəniz geosiyasəti ilə rezonans doğuran strateji profilini möhkəmləndirməyin qayğısına qalmaqdadır.
Əlahəzrət Kral VI Məhəmmədin StraitBelt Platforması,-Mərakeşin gələcək milli inkişaf proqramının strateji ana xəttini doktrinal,paradiqmatik müəyyən etməklə paralel, həmçinin Avro-Atlantik məkanda mübahisəli dəniz nizamınin həlli,çəkindirmə və müdafiə mövqeyi ilə uyğunlaşan strateji bir dizayner kimi qloballğını təsbit edəndr.
Elə Mərakeşin son təlimlərdə iştirakı,bu strateji təkamülün əsas göstəricisi kimi olduqca diqqətə layiqdir.
Çünki rəsmi Rabat,artıq Avro-Atlantik cənub təhlükəsizlik qövsünün struktur vektoruna çevrilmiş etibarlı tərəfdaş kimi qlobal sistemin vacib mərkəzçi oyunçusu missiyasını öz üzərinə götürən aktordur.
Bütün bu vacib detal və ştrixlər,Əlahəzrət Kral VI Məhəmmədin doğru,düzgün siyasi baxışları strateji praqmatik düşüncələri,suverenlik və müstəqillik kimi Aktların müdafiəsi planlanları,regional güc statusu qazanması,beynəlxalq sistemdə nüfuz sahibi olması,qlobal aktorları Mərakeş ətrafında siyasi yaxınlaşmaya sövq edən faktorlardandır.
Bu amil,Mərakeşin ərazi bütövlüyünə dəstəyin gücləndirilməsi və 2797 saylı Qətnamənin qəbulu fonunda ölkənin gələcək sabitlik və təhlükəsizliyi şoklarını dəf etmək və NATO-nun əməkdaşlıq-təhlükəsizlik arxitekturasını gücləndirmək qabiliyyətini artırmaq planlarında, yüksək dəyərli tərəfdaş statusu qazanmağa stimul verir.
Doğurdan da bu gün,Mərakeş artıq Alyansın cənub tərəfdaşı deyil,NATO-nun cənub cinahının əsas sütunlarından biri,-Regional Güc,Qlobal Faktordur.(!)
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi