BAKI,Forpost.az
12 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Banqladeş Xalq Respublikasının ölkəmizdəki qeyri-rezident səfiri Amanul Haqqı qəbul edib.
Xarici İşlər Nazirliyindən Forpost.az verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Banqladeş arasında ikitərəfli və çoxtərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Tərəflər ölkələrimiz arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin inkişaf etdiyini, beynəlxalq təşkilatlar, xüsusilə də BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, D-8 çərçivəsində qarşılıqlı dəstəyin məmnunluq doğurduğunu vurğulayıblar. Xüsusilə, iqtisadi, ticarət, energetika, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişafı üçün geniş potensialın mövcud olduğu bildirilib.
Liderlər səviyyəsində təmasların, Banqladeşin keçid hökumətinin rəhbəri, baş müşavir Məhəmməd Yunusun COP29-da iştirakı məmnunluqla xatırlanıb. Növbəti ildə ölkəmizdə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə görüşləri, eləcə də BMT-nin Ümumdünya Şəhərsalma Forumu çərçivəsində geniş əməkdaşlıq perspektivlərinin olduğu vurğulanıb.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən yüksək səviyyəli təmasların artırılması, beynəlxalq platformalarda əməkdaşlığın dərinləşdirilməsi barədə fikir mübadiləsi aparıblar.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi