Elşad Mehdi
[email protected]
_________________________________________
Nəhayət,Mərakeş Saharasının ətrafında onilliklər boyu mənfi tendensiv,tərs-perpendikulyar müstəvi üzərində cərəyan edən uzun və steril mübahisənin(münaqişə-E.Mehdi) qırılma nöqtəsi baş tutdu və ardınca da,özünün son akkordlarını başa vuraraq dünyanın geosiyasi arxivinə göndərildi.
Beləki,bu ilin 31 oktyabrında BMT tərəfindən qəbul edilən 2797 saylı tarixi qətnamə,qlobal müstəvidə beynəlxalq qanun və konvensiyalarla tanınmayan,lakin, daha çox Əlcəzair tərəfindən dəstək alan seperatist Polisario Cəbhəsinin Qərbi Sahara üzərində açdığı mübahisəsinin(münaqişə,-E.Mehdi) strateji sərt,təhlükəli,tektonik qeyri-müəyyən nəfəsliyini örtdü.
Sözügedən Qətnamə,beynəlxalq hüquq və normativ aktlara uyğun,siyasi və diplomatik çəksi ilə seçiləndir.
Həmçinin,sözügedən Akt,bundan sonrakı geosiyasi və geostrateji proseslər üçün qeyri-müəyyən mənfi impulsv meyillərə addım atmağa belə yer qoymur.
Üstəlik,bu tarixi,yuridik sənəd,- Mərakeş Muxtariyyəti Təşəbbüsü ilə tam üst-üstə düşən,beynəlxalq sistemdə Mərakeşin suverenliyinə və ərazi bütövlüyünə bütünlüklə hörmətlə yanaşılan hadisə sayılır.
Həmçinin,gələcək siyasi nizamın həlli istiqamətində tanınan,beynəlxalq qanun və nizamnamələrə uyğun mühüm əhəmiyyət kəsb edir.
BMT kimi olduqca nüfuzlu bir beynəlxalq təşkilatın Təhlükəsizlik Şurası tərəfindən Mərakeş üçün bu müstəsna,taleyüklü,tarixi və həlledici Akt,heç də təsadüf deyildir;bu,davamlı və təmkinli, çoxgedişli və praqmatik,strateji sağlam rasonal,doktrinal, Kral VI Əlahəzrət Məhhəmməd diplomatiyasının uğuru kimi konseptualdır.
Daha çox da,beynəlxalq münasibətlərin inkişafı konteksində ciddi təsiretmə,etibarlı,nizamlı,dürüst tərəfdaş,ritorik yox,real strategiyanın məhsulu kimi fundamentallığı ilə seçiləndir.
Əlahəzrət Kral VI Məhəmmədin qlobal strateji baxışlarından doğan bu tarixi,hüquqi,diplomatik tendensiya,Mərakeşin Sahara üzərində dondurulmuş suverenlik aktı problemini,siyasi qalmaqallardan uzaq sabit,stabil,dinamik inkişaf və regional əməkdaşlıq,qlobal layihələrə cavab verən mükəmməl idarəçilik modelinə dəyişir.
Doğurdan da,artıq bu gün Mərakeş beynəlxalq müstəvidə qlobal aktorlar tərəfindən Afrika və Atlantik SahilYanı coğrafiyalar üçün nəzərdə tutulmuş nəhəng iqtisadi,loqistik,naviqasiya,ticarət Platformalarının gerçəkləşməsi istiqamətində vacib fiqura çevrilmişdir.
Son 25 ildə Əlahəztət Kral VI Məhəmmədin Mərakeşin Suverenlik və Müstəqilliyi,ərazi bütövlüyü uğrunda həm regional,həmçinin beynəlxalq müstəvidə götürdüyü siyasi,diplomatik, strateji doğru düzgün xətt, onilliklərə davam edən Sahara məsələsinin həlli istiqamətində,Polisario,onu dəstkləyən Əlcəzairi həm hüquqi, həm də mənəvi cəhətdən məhrum etdi,ardınca da diplomatik iflasına gətirib çıxardı.
Artıq,BMT indi-indi dolayısı ilə etiraf edir ki,Sahara ətrafındakı cərəyan edən hadisələrin çılpaqlığı,sərt reallığı,doğru-düzgün hüququ metodologiyası,Mərakeşin pozulmuş suveren hüquqları,fakt olaraq ideoloji səfsəfə,boşboğazlıqdan daha üstün,tutumlu,dayanıqlı,daha qəbul olunandır.
Çünki,Mərakeş Saharası bu gün,Əlahəztət Kral VI Məhəmmədin regional və qlobal strateji,diplomatik baxşları fonunda,köhnəlmiş inqilabi şüarlardan üstün sabitlik,dinamiklik,inkişaf və sütətli rifahın funksional suveren məkanı kimi yadda qalandır.
Bu üzdən,hazırki real institusional geri dönüş,indi nəhayət Sahra üzərində tarixi suveren,müstəqil, hüquqi legitimliyi,daimi normativ akta çevirməyə qadir olan Əlahəztət Kral VI Məkəmmədin geosiyasi və geosterateji diplomatiyasının konseptual,fundamental,aksiomatik,rasional,paradiqmatik mükəmməlliyini, bütün beynəlxalq aləmə nümayiş etdirir.
Əlahəzrət Kral VI Məhəmmədin siyasi sabitlik,hüquqi ustalığı və tərafdaşlar qarşısında iqtisadi nüfuz və etibarlılığı birləşdirən ardıcıl strateji baxışları,Sahara probleminin praktiki və real həlli yolları çərçivəsində geosiyasi reallığın ideoloji ritorikadan nə qədər üstün olduğu qənaətinə forma və məzmun səciyyəsi verir.
Bu strateji dinamika və müsbət tendensiyanı yenidən beynəlxalq aktorların maraq dairəsinə gətirməyə müvəffəq olmaq,regional və qlobal münasibətlərdə yeni mərhələnin başlanğıcı üçün stimul verən amildir.
Bu üzdən,31 oktyabr 2025-ci il də Mərakeş Saharasını nizama salmaq üçün BMT tərəfindən qəbul edilən 2797 saylı tarixi Qətnaməni,Mərakeş ətrafında çox geniş və struktur xarakter alan diplomatik cəbhənin açılmasının göstəricisi hesab etmək olduqca ağlabatandır.
Ardınca da,Sahara məsələsinin artıq regional mübahisə predmeti deyil, beynəlxalq münasiətlərin bundan sonrakı inkişafı,sabitlik və idarəçiliyi istiqamətində vacib detallardan olduğu qənaətinin bariz nümunəsidir.
Bunu da vacib detal olaraq vurğulamaq yerinə düşəndir ki,Qətnamənin BMT tərəfindən qəbulu zamanı,ABŞ-ın Təhlükəsizlik Şurasında Mərakeş Muxtariyyəti Təşəbbüsünün siyasi danışıqlar üçün yeganə əsas kimi açıq şəkildə təsbit etməsi,yekun mətnin formalaşmasında həlledici rol oynadı.
Bu da diqqətçəkən faktdır,-Ağ Ev,həmçinin Dövlət Departamenti və Konqres tərəfindən dəstəklənən bu mövqe,ümumilikdə ABŞ-ın strateji doktrinası daxilindədir:çünki,hazırda Vaşinqton üçün Mərakeşin Sahara üzərində suverenliyi məsəlsi,- Şimali Afrika və Saheldə transatlantik təhlükəsizliyin və terrorla mübarizənin təməl prinsipinə tam uyğundur.
Fransa və Böyük Britaniya kimi Mərakeşin tarixi müttəfiqləri və strateji tərəfdaşları da bu geosiyasi və geostrateji əsas,vacib, ana xətti müdafiə edir,onun daha da möhkəmlənəsini dəstəkləyirlər.
Bu konteksdən də,Vaşinqton,London Paris,hazırki günümüzdə üçbucaq şəklində diplomatik sabitliyin arxitekturasını inşa etmək istiqamətində daha praqmatik görünürlər.
Çünki,sözügedən qlobal aktorlar üçün Mərakeşin suverenliyi təkcə hüquqi reallıq deyil, həm də Avro-Afrika enerji və dəniz təhlükəsizliyi üçün geostrateji alınmaz,strateji möhkəm,dayanıqlı,uzunmüddətli qlobal geoiqtisadi maraqları özündə qoruyan,etibarlı qala kimidir.
ABŞ,Böyük Britaniya,Fransa Üçlüyünə qoşulan Afrika koalisiyası,Körfəz Əməkdaşlıq Şurası ölkələri,-BƏƏ,Bəhreyn,Səudiyyə Ərəbistanı və Qətərin, Mərakeşin ərazi bütövlüyünü hər zaman dəstəklədiklərini,hətta diplomatik münasibətləri simvolizə edən Dakhla, Laayoune konsulluqlarınınin açılması,qlobal səviyyədə rəsmi Rabatın beynəlxalq hüquq və diplomatiyaya söykənən suverenlik ,müstəqillik aktının doğru olduğunu bir daha təsdiq etmiş olur.
Hətta,qırxdan yuxarı Afrika ölkəsi də,regionun sabitliyinin suveren dövlətlərin gücləndirilməsindən və Soyuq Müharibə dövründən qalan süni münaqişələrə son qoyulmasından asılı olduğuna əmin olaraq,Mərakeşin Sahara üzərindəki suverenliyini açıq şəkildə dəstəkləməyə hazır olduqlarını bəyan edirlər.
Ardınca,İspaniya,Niderland,Macarıstan,Polşa,Rumıniya və Xorvatiya da daxil olmaqla iyirmi üç Avropa ölkəsi Mərakeşin Muxtariyyət Planının davamlı siyasi həll üçün yeganə ciddi,etibarlı və real əsas olduğunu səsləndirirlər.
Bu tendensiv müsbət,siyasi amil,dinamik iqtisadi,enerji və təhlükəsizlik konvergensiyasına əsaslanan transatlantik tanınma qövsünü təşkil edən bağlantılardan xəbət verir.
Lakin,BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq Rusiya və Çinin Mərakeşin Muxtariyyət Planı,Qətnamənin qəbul edilməsi zamanı göstərdikləri bitərəf mövqeləri,xüsusi geosiyasi maraq doğurması ilə yadda qalır.
Rəsmi Moskva və Pekinin Qətnaməyə veto hüququndan istifadə erməmələri, Mərakeşin sabitlik modelinə qarşı xeyirxah neytrallıq jesti kimi diqqət çəksə də,əslində ,Krallığın Cənub-Cənub ticarət və Atlantik enerji marşrutlarında geo-iqtisadi çəkisini bilən Rusiya və Çin,rəsmi Rabatla logistika,dəniz təhlükəsizliyi və Afrika dəhlizlərində daha dərin əməkdaşlığa qapını açıq saxlayan ehtiyatlı diplomatiyaya üstünlük verdikləri başa düşüləndir.
Rusiya və Çinin diplomatik jestlərindən tam fərqli olaraq,Əlcəzairin tərəf kimi Qətnamə ilə bağlı səsvermədə iştirak etməməsi,heç bir diplomatik effekti verməyən siyasi yayınma aktı kimi şərh edildi.
Bu mənfi tendensiya,beynəlxalq münasibətlər zəminində Əlcəzairin özünü strateji təcrid labrintinə salmış bir rejim kimi tanıdır.
Əlcəzair, Qətnamənin qəbulu zamanı prosesdən simvolik olaraq geri çəkilməklə, doktrinal yorğunluğunu və Mərakeş ətrafında artan qlobal konsensus fonunda beynəlxalq səhnəyə təsir edə bilmədiyini bir daha göstətdi.
Əlbəttə,bu diplomatik boşluq çox şey deyir;beləki,artıq Əlcəzair bir ölkə olaraq sabit,stabil aktor kimi deyil,hazırda regional əməkdaşlığa,beynəlxalq münasibətlərə və ortaq təhlükəsizliyə real maneə mənbəyi kimi qəbul edilir.
Hazırda regionda gələcək iri miqyaslı qlobal layihələrin gerçkləşməsi üçün tətbiq edilən qaydalar, Polisario-nun siyasi, coğrafi və təhlükəsizliklə əlaqəli trio erroziyaya uğramasına yol açır.
Bu minvalla artıq,qondarma “SADR”inin siyasi baxımdan heç nəyi təmsil etməməsi və həmçiin,heç bir qlobal güc mərkəzlərinin onu tanımaması prinsipi də, beynəlxalaq səviyyədə Əlcəzairin siyasi şkalanaın sıfır həddinə yuvarlanması göstəricisidir.
Bütün bu proseslərin boz, bulanıq fonunda,coğrafi baxımdan Əlcəzairin nəzarətində olan Polisario,istənilən sosial-iqtisadi dinamikadan kəsilmiş mikro məkanla məhdudlaşır.Bir vaxtlar müqavimət simvolu kimi romantikləşdirilən Tindouf düşərgələri də indi artıq humanitar ümidsizlik və manipulyasiya zonalarına çevrilməkdədir.
Polsiario, təhlükəsizlik nöqteyi-nəzərindən də artıq, Saheldə boz zonaya çevrilib;silah alveri,qaçaqmalçılıq şəbəkələri,Əl-Qaidə və İŞİD qruplaşmaları ilə əlaqələr,olduqca təhlükəli xarakater daşıyır.
Bu tip tektonik,təhlükəli sürüşmələr,qlobal aktorlar tərəfindən getdikcə onu daha çox transsərhəd təhlükəsizlik təhdidi kimi qəbul edir.
Bu mənfi,impulsiv hərəkət dinamikası, Polisario-nu hazırki və gələcək sabitliyi pozan(pozacaq,-E.Mehdi) aktyora çevirməyə daha yaxınlaşdırır.
Bu kontekstdə ABŞ, Konqresdə ikitərəfli dəstək alan konqresmen Joe Wilsonun təşəbbüsünü nəzərə alaraq,Polisarionu terror təşkilatı kimi qara siyahıya salmaq istiqamətində hər an hərəkət edə bilər.
ABŞ belə bir sərt siyasi qərar qəbul edərsə, yəqin bu qərar onun Afrika və Atlantik SahilYanı coğrafiyasında strateji maraqları uğrunda dönüşü kimi qeyd olunacaq.
Bu aktdan sonra, artıq Vaşinqton Polisario-ya siyasi hərəkat kimi deyil, terror potensialı olan,Qərbi Sahara və Sahel boyunca sabitliyi pozan,Atlantik və Aralıq dənizini birləşdirən kritik enerji və ticarət yollarını təhdid edən qeyri-qanuni bir aktor kimi baxacaq.
Qeyd etdiyimiz Akt Konqres tırəfindən təsdiq olunarsa,bu inkişaf tendensiyası Mərakeşin cənub əyalətləri üzərində suverenliyini tanıyan və Mərakeş Muxtariyyəti Təşəbbüsünü siyasi həll üçün yeganə əsas kimi təsdiqləyən 2797 saylı Qətnamənin məntiqi ardıcıllığı,ABŞ-ın bu sahədə siyasətini möhkəmləndirəcək qanun kimi qüvvəyə minəcək .
Beləliklə,bu Aktdan dərhal sonra ABŞ, Mərakeşi Şimali Afrika və Saheldə asimmetrik təhlükələrə qarşı mübarizədə mərkəzi aktor kimi tanıyacaq, ardınca da,hüquqi legitimlik və strateji təhlükəsizlik arasındakı yaxınlaşmanın bağlarını möhkəmləndirəcək.
Qətnamə qəbul edildikdən sonra Əlahəzrət Kral VI Məhəmmədin söylədiyi tatixi nitqinin institusional əhatə dairəsi,regionda geosiyasi dönüş nöqtəsinin başlanğıcı üçün təməl prinsipi kimi qiymətləndirildi.
Əlahəztət Kral,tarixi qonşuluq,xalqların birgə yaşayış, həmçinin,humanizm və ədalət prinsiplərini əsas götürərək,regionda gələcək,daimi, stabil, sabitlik və təhlükəsizlik paremetirlərinin arxitekturasl planlarında,Əlcəzair prezidentini “qalib və uduzan olmayan səmimi və qardaşlıq dialoquna” çağırdı.
Bundan sonra Sahara məsələsinin mübahisə predimetindən strateji məsləhətləşmələrə keçidi planını təklif etdi.
Əlahəzrət Kralın sağlam düşüncəyə,dinamik, real məntiqə əsaslanan bu müraciəti,Qərbi Sahara üzərində uzun müddət Mərakeşin parçalanmış regional konfiqurasiyanı yenidən balanslaşdırmaq istiqamətində siyasi,strateji, diplomatik doktrinasının hələki bir hissəsini özündə ehtiva edirdi.
Geosiyasi baxımdan Əlahəzrət Kral VI Məhəmmədin bu diplomatik jesti, bundan sonrakı mərhələlərdə Sahara üzərində dövlət idarəçiliyinin aydın həyata keçirilməsi məntiqini özündə konfiqurasiya edən incə ştrix və detallardandır;çünki, qeyri-sabit Saharo-Aralıq dənizi mühitində Qərbi Sahara öz təhlükəsizliyini və ya rifahını tək başına təmin edə bilməz.
Bu üzdən,Konsolidə edilmiş legitimliyi ilə periferik güc mərkəzi balansını formalaşdıran Mərakeş, artıq özünü rəqib kimi deyil,əksinə,qarşılıqlı anlaşma və ortaq maraqlara əsaslanan yeni Qərbi Sahara realizminin memarı kimi təqdim edir.
Geostrateji olaraq isə,Şimali Afrikanı qlobal sistemdə sabitlik,enerji və əlaqə sahəsi kimi önə çəkir,bu ampulada da struktur deeskalasiya aktını təmsil etməyi öz üzərinə götürür.
Əlahəztət Kral VI Məhəmmədin Əlcəzairə uzanan bu diplomatik,doktrinal,praqmatik əli, həm də strateji yetkinliyin sınağı rolunu özündə ehtiva edir;Kral diplomatik jesti ilə demək istəyir ki,ya təcrid olunun,ya da etimad və əməkdaşlığa əsaslanan regional layihəyə qoşulun(!!!).
Riyazi tənlikdən daha çox,diplomatik,strateji formulun həlli yolları artıq indi bəllidir;Qərbi Sahara və Sahelin sabitliyi məsələsi,Əlahəzrət Kral VI Məhəmmədin sülh,dinamik,təhlükəsiz ortaq inkişaf üçün əlverişli ekosistem yaratmaq strategiyasından asılıdır.
İndiki yeni reallıqların fonunda,onilliklər boyu regionu özünün geosiyasi alətəinə çevirən Polisario-nun artıq heç bir rolu və yeri yoxdur.
Artıq oyun bitdi.
Soyuq Müharibə illüziyaları və separatçı fantaziyalar dövrü başa çatdı.
Bu gün Mərakeş,beynəlxalq müstəvidə qarşıdurma yolu ilə deyil,strateji uyğunluq,diplomatik sabitlik və regional liderlik modelinin sakit gücü sayəsində qalib gələmyi bacardı.
Bunun üçün,2797 saylı Qətnamə,tarixi,hüquqi,diplomatik fraza kimi regional və qlobal konteksdə oyun qaydalarının dəyişdiricisi effekti verən mühüm Aktdır.
Bu Akt,- təkcə Mərakeşin Qərbi Sahara üzərində suverenlik və müstəqillik müqddaratını, muxtariyyət təşəbbüsü planının legitimliyini təsdiq etmir, həm də münaqişənin beynəlxalq oxunuşunu yenidən konfiqurasiya edir.
Ümuilikdə bu tarixi,yuridik dəyişiklik,Mərakeş Saharasını Afro-Atlantik məkanın geoiqtisadi və təhlükəsizlik mərkəzinə çevirməkdə və Krallığa regional stabilizator,birləşdirici katalizator rolunu oynmaqda görünməmiş imkanlar verir.
Qlobal güc mərkəzləri,həmçinin, beynəlxalq aktorlar tərəfindən regionda geosiyasi dönüş kimi qiymətləndirilən bu hadisə,-doktrinal,strateji dərin baxışları,yüksək emosional,zəngin erudik,parlaq idealları,mənəvi kamilliyi ilə seçiln Əlahəzrət Kral VI Məhəmmədin tarixi performası kimi yadda qalandır.
Bu siyasi,diplomatik uğur,regionda Mərakeşin periferik güc mahiyyətini yenidən müəyyənləşdirməyə bir daha tarixi fürsət vermiş olur.
Suverenliyi əməkdaşlıqla,gücü sülhlə,yaddaşı müasirliklə uzlaşdıran Əlahəzrət Kral VI Məhəmmədin lidderlik statusu,Əlcəzairə "qalib və uduzan olmayan dialoqa" çağırışı paradiqmatik jesti,Mərakeşi qələbəni kollektiv layihəyə və suverenliyi ortaq məsuliyyətə çevirən millətlər dairəsinə daxil etdi.
Həqiqətən də, XXI əsrin geosiyasəti artıq ideoloji ilğımlarla deyil, axınların mənimsənilməsi, ərazilərdə sabitlik, təhlükəsizlik və etimad yaratmaq bacarığı ilə idarə olunur.
Beləliklə, bu istiqamətdə Əlahəzrət Kral VI Məhəmmədin Strteji Qlobal Baxışları,Siyasi Sabitlik,Təhlükəsiz və Münaqişəsiz Afrika Coğtafiyasının İnkişafı Pillələrində, Mərakeşə bir daha regional liderlik statusu qazandırdı.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi