BAKI,Forpost.az[/b]
31 oktyabr 2025-ci il tarixində London şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Birləşmiş Krallığın Xarici İşlər, Birlik və İnkişaf Ofisi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.
Azərbaycan nümayəndə heyətinə XİN-in Konsulluq idarəsinin rəisi Emil Səfərov, Britaniya tərəfinə isə Xarici İşlər, Birlik və İnkişaf Ofisinin Konsulluq və böhran məsələləri üzrə idarəsinin direktoru Sara Taylor və Mərkəzi Asiya və Şərq Qonşuluğu idarəsinin rəis müavini Mark Klayton rəhbərlik edib.
Görüşdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov, hər iki ölkənin xarici siyasət qurumlarının nümayəndələri, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyinin nümayəndələri, eləcə də Britaniyanın Daxili İşlər Ofisinin miqrasiya, viza və hüquqi yardım üzrə əməkdaşları iştirak edib.
Məsləhətləşmələr zamanı konsulluq əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri, ikitərəfli sənədlərin imzalanması imkanları, konsulluq xidmətlərinin rəqəmsallaşdırılması, vətəndaşların hüquq və azadlıqlarının qorunması, viza və miqrasiya məsələləri, böhran vəziyyətlərində koordinasiya kimi məsələlər müzakirə olunub.
Tərəflər, ekstradisiya, mülki və cinayət işləri üzrə hüquqi yardım, miqrasiya, təhsil və ədliyyə sahələrində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd ediblər.
Sonda Azərbaycan və Birləşmiş Krallıq arasında konsulluq məsləhətləşmələrinin növbəti iclasının Bakı şəhərində keçirilməsi barədə razılıq əldə olunub.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi