Kanadanın Monreal şəhərində Kvebek Azərbaycanlıları Assosiasiyasının təşkilatçılığı ilə işğalçı erməni ordusunun Gəncə, Bərdə terroruna etiraz və Azərbaycan dövlətinə dəstək məqsədilə icazəli aksiya keçirilib. Aksiyada azərbaycanlı icması ilə yanaşı, bu ölkədə yaşayan rus və yəhudi icmalarının nümayəndələri də iştirak ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən Forpost.az -a bildiriblər ki, “Dorchester” meydanında baş tutan aksiyada Azərbaycan, Türkiyə, İsrail və Rusiyanın dövlət bayraqları dalğalandırılıb, “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et!”, “Erməni təcavüzünə son!”, “Bərdə üçün dua et!” kimi şüarlar səsləndirilib.
Aksiyada çıxış edənlər bildiriblər ki, Ermənistan dövlətinin işğalçılıq və təcavüzkarlıq siyasəti nəticəsində 30 ilə yaxındır Azərbaycanın ərazi bütövlüyü pozulub, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Azərbaycanın haqlı mübarizəsini dəstəklədiklərini bildirən aksiya iştirakçıları təcavüzkar erməni ordusunun döyüş bölgəsindən uzaqda yerləşən şəhərlərə, dinc əhaliyə istifadəsi qadağan edilmiş kasetli raketlərlə hücumlarını kəskin şəkildə pisləyiblər.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi