Qərbi Sahara:Beynəlxalq Nizam üçün Mərakeşin Suverenlik,Bütövlük,Müstəqillik və Milli Müqəddaratı Aktı kimi
Tarix: 30-09-2025, 16:12
Google+ Paylaş
Tumblr Paylaş

Qərbi Sahara:Beynəlxalq Nizam üçün Mərakeşin Suverenlik,Bütövlük,Müstəqillik və Milli Müqəddaratı Aktı kimi

30-09-2025, 16:12


Elşad M.Turan
[email protected]
_____________________________________________


Suverenlik,-dünyanın siyasi tarixində böyük xalqların Milli Müqəddaratı Aktı sayılır.

Bu vacib məsələnin tarixi və hüquqi kökləri hər zaman mövcud olmuş,aktuallığını saxlamışdır;çünki Azadlıq və Müstəqillik uğurunda mübarizə aparmağı bacaran xalqlar,tarix boyu qazandıqları Suverenliyi qorumaq,daim onun məsuliyyət yükünü öz üzərlərində hiss ediblər.

Mərakeş xalqı kimi.

Artıq 68 ildir Mərakeş və onun xalqı dünyanın yaxın,uzaq siyasi tarixi müstəvisində özünün Müstəqillik,Suverenlik Aktını qoruyur,onu nəsillərdən-nəsillərə Missiya şəklində ötürmyə fürsət qazanır.

Hər vəchlə qazandıqları müstəqlllik,suverenlik,azadlıq hüquqlarını,bütün dünyada ona layiq olduqlarının nümayişini əzm və mübarizliklə göstərməyə müvəffəq ola bilirlər.

Lakin,bütün bunların fonunda hələ də mübahisəli Qərbi Sahara torpaqları üzərində Mərakeşin suveren hüququnun tam bərpası məsələsi beynəlxalq müstəvidə onun xeyrinə müzakirəyə səbəb olsa da,ancaq hələ də predmet mövzusu olaraq qalmaqdadır.

Amma,buna baxmayaraq Mərakeş,onun xalqı və Əlahəzrət VI Kral Məhəmmədin mübariz,diplomatik səyləri,rasional strateji düşüncəsi,apardığı çoxgedişli siyasi danışıqları,regional və qlobal müstəvidə göstərdiyi siyasi performansları,bu həyati,milli və tarixi məsələnin onların haqqı olduğu qənaətinə gəlməsinə artıq tarixi,münbit şərait yaratmağa gətirib çıxarmışdır.

Bu konteksdən,BMT-nin Təhlükəsizlik Şurasının beynəlxalq hüququn mustəvisi çərçivəsində Qərbi Saharanı müzakirə etməyə hazırlaşması,Mərakeş xalqı və dövləti üçün sözügedən məsələdə artıq diplomatiyanın sərhədlərini belə aşdığı qənaətini özündə ehtiva etməkdədir.

Bu üzdən,Qərbi Sahara məsələsinin inkişaf tendensiyası,onun dinamikası,regional müstəvidən qlobal nizama doğru ədədi deyil,həndəsi yüksələn və artan ana xətti boyunca beynəlxalq sistemin balansının yenidən kalibrləndiyini,əsas məqam kimi qlobal aktorların Yumru Masasında həqiqi və tarixi sahibinin de-faktodan de- yuri status almasına səsləndirir.

Çünki,Qərbi Sahara mübahisəsi,onun Şimali Afrika,Atlantik və Saheliya uzantıları təkcə birbaşa regional gərginlik üçün faydalı iş əmsalı zonaları kimi deyil,həmçinin Yeni Dünya Düzənində gələcək geosiyasi,geostrateji,geoiqtisadi qlobal tarazlığ üçün qırılan zəncirlərin kor bucaq nöqtəsi olaraq,qurulacaq arxitekturanın dağıdıcı rolunu oynayacağı da labüd,qaçılmazdır.

Yaddan çıxarmaq lazım deyil ki,Qərbi Sahara tektonik geosiyasi dalğalardan daha çox,qlobal enerji marşurutları,təhlükəsizlik dəhlizləri,təsir rəqabətinin kəsişdiyi,uzlaşdığı geostrateji qövs kimi, Qlobal Nizamın konturlarına forma və məzmun səciyyəsi fonu yaradan mükəmməl zonadır.

Bu axınlar üzərində sürətli və çevik doktrinal,diplomatik gedişlər təkcə güc iyerarxiyasını deyil,həmçinin qlobal aktorların Afrika qitəsindən kənarda belə sabitlik və ya xaosu idarə etmək qabiliyyətinin stimulu üçüb fon verir.

Bu konteksdə Qərbi Sahara artıq regional müstəvidə sadəcə bir ərazi mübahisəsi yox,BMT kimi nəhəng beynəlxalq forumun Təhlükəsizlik Şurasının beş daimi üzvü arasında daha geniş qlobal geosiyasi və geostrateji mübarizənin ifadəsi,Yeni Dünya Nizamının konturlarını növbəti dəfə trayektorik xətt boyunca cızmaq üçün iri maraqlarını proporsiya etmək fürsətidir.

Beləliklə,Qərbi Sahara üçün BMT səviyyəsində ratifikasiya olunmuş hər bir qətnamə artıq sadə bir formal xarakteri daşımır.Əksinə,çoxşaxəli gedişlər üçün tarazlığın təcrübə olunduğu,yumşaq güzəştlər yolu ilə Böyük Beşlik arasında gələcək güc balansının riyazi əyri,qırıq xətlərinin kor bucaq nöqtəsinin seqmenti boyunca hərəkət fəaliyyətinin detallarını incələyir.

Bu tip fəal siyasi gedişlərin incə məqamlarını tutmaq,onun qlobal və regional dəyişəkınliyinin kəsişdiyi nöqtəsindəki iti bucaq burnunun, ən xırda proporsiyasına həlli çətin geosiyasi düstur kimi yanaşmanı tələb edir.

Bütün bu boz,bulanıq siyasi gedişlərin fonunda yenə də,-Mərakeşin periferik gücdən qlobal oyunda rol almaq üçün möhkəm institusional bazaya malik ölkə,Saharanın ona məxsus olduğu tarixi kimliyi ilə bağlı sarsılmaz milli konsensus qazanmış dövlət olduğu viziti,artıq beynəlxalq sistemin qəbul etdiyi uğur imicidir.

Bu fazada ABŞ,Fransa və Böyük Britaniya kimi beynəlxalq aktorlar,qlobal müstəvidə Mərakeşin Sahara üzərində suveren hüququnun tanınması məsələsini vacib siyasi arqument hesab edir.

BMT-nin Təhlükəsizlik Şurasında həmin məsələni gündəmə gətirilməsi,Saharanın doğurdan da Şimali Aftika və ona qonşu olan ölkələr üçün regional əhəmiyyət daşıyan,sabitliyə davamlı,Atlantik marşrutlarının təhlükəsizliyinə birbaşa bağlı,həyati vacib maraqlara cavab verən ərazi kimi yanaşmaları,olduqca başa düşülən faktorlardandır.

Əgər bu gün hazırki real,köhnə,yeni dünyanın gerçəkləri fonunda Təhlükəsilik Şurasını,Böyük Şahmat Taxtası üzərində Sxematik olaraq Qlobal Tempi Diktə Edən Böyük Güclərin Rəqabət Meydanı kimi Qiymətləndirsək, o zaman doğurdan da gündəlikdə duran Sahara məsələsinin həlli çətin periferik kvadrat tənlik kimi deyil,Yeni Dünya Nizamını Formalaşdıran Güc Mərkəzlərinin Proqnozlaşdırdığı Dərin Stratreji Özül olduğu Məntiqini də Qəbul Etməliyik.

Maraqlı və diqqətçəkəndir ki,ABŞ Sahara məsələsini özünün ənənəvi və tarixi hegomon normaları çərçivəsində dizayn olunan beynəlxalq nizamda həllinə daha çox səy göstərir.Həmçinin,bununla paralel Saheldə təhlükəsizliyi təmin edə və kənar təsirlərin qarşısını ala bilən strateji müttəfiq axtarışındadır.

İngiltərə isə öz növbəsində,"Qlobal Britaniya" doktrinasını gücləndirmək, ticarət və enerji tərəfdaşlığını təmin etmək,dəniz irsindən,həmçinin Atlantik dəhlizlərinə artan diqqətindən istifadəyə üstünlük verir.

Londonun bu məsələyə yanaşmasını daha konseptual təhlil etsək,o zaman Mərakeşin cənub əyalətlərinin transatlantik qarşılıqlı əlaqə daxilində birləşdirilməsi,Anglo-Sakson güclərinin Atlantik dəniz marşrutlarına nəzarəti və enerji axınlarının təhlükəsizliyini təmin edən Avro-Afrika strateji kontiniumunu qorumaq məqsədinə xidmət etdiyini də görə bilərik.

Fransanın mövqeyi isə kəskin şəkildə real siyasi sferanı keçməsi ilə yadda qalır.

Çünki,Vaşinqton,London və Madrid üçlüyünün artıq Mərakeşin ərazi üzərində suverenliyini tanıdığına görə,Parisin Sahara məsələsində artıq qeyri-müəyyənlik lüksünə malik olmadığı gerçəkliyi üzə çıxır.

Onun Sahara məsələsinə möhkəm uyğunlaşması simvolik bir jest deyil,Şimali Afrika və Sahelin gələcəyinin Mərakeşlə möhkəmlənmiş strateji tərəfdaşlıqdan və Krallığın ərazi bütövlüyünün qəti şəkildə möhkəmlənməsindən asılı olduğunun praqmatik etirafıdır.

Qlobal güclərin Sahara məsələsinə beynəlxalq müstəvidə bu tip yanaşması,gələcək maraqların regionda tarazlıq proporsiyasının balans şəklində qorunması effekti verir;çünki qlobal aktorların Afrikada gələcək təhlükəsizlik,enerji və geoiqtisadi sabitlik üçün strateji maraqlarının əsas lokomotivi rolunda, rəsmi Rabatı periferik güc olaraq əsas partnyor kimi görmələri dayanır.

Bu ampulada Paris,Mərakeşin qlobal oyunlar üçün periferik güc balansı kölgəsinə sığınaraq,qitədə öz təsirini qoruyub saxlamaqda maraqlıdır.
Lakin,Sahara ətrafında cərəyan edən bu dinamik inkişaf tendensiyasını qlobal maraqların Strateji Atlantik Doktrinası naminə təhlil etmək,Afrika xalqlarının milli,suveren haqlarını oyundankənar vəziyyətə salmaq kimi doğru olmazdı.

Çünki,Afrika xalqları,onları təmsil edən dövlətlər,zaman-zaman dünyanın tərs-perpendikulyar müstəvisi üzərində dərin geosiyasi və geoiqtisadi rekompozisiyaya məruz qalsalar da,ancaq qlobal və regional məsələlərin çətin həlli prosesinin preampulasında yenə də mərkəzçi rolunu oynamağı,beynəlxalq aktorlara təsir etməyi bacarıblar.

Bu gün Aftikanın geosiyasi və geostrateji dizaynını cızmaq,qitədə güc balansını yenidən formalaşdırmaq və yeni təsir iyerarxiyaları yaratmaq üçün ECOWAS, SADC,AfCFTA kimi təşkilatlar bir-biri ilə rəqabət aparırlıar.

Bu daha çox Afrika- Atlantik coğrafiyasında qlobal aktorların geostrateji maraqlarının təhlükəsizliyini geosiyasi dizayn etmək məqsədi daşıyan amillərlə ehtiva olunandır.

Bu kontekstdə Mərakeşin,- Əlahəzrət VI Kral Məhəmmədin rəhbərliyi ilə bərpa olunan enerji,logistik dəhlizlər,regional təhlükəsizlik və Afrika maliyyəsi kimi əsas sektorlarda fərqli liderlik status qazanması,mərkəzçi mövqe tutması,Qlobal Miqyasda olduqca Etibarlı Tərfdaş,Strateji Doktrinal,Sağlam Diplomatik Düşüncə Sərgiləməsi,gələcək münasibətlər üçün rəsmi Rabatla Beynəlxalq Nizamın Quruculuğ Planlarında birgə iştirakına əminllik jesti yaradır.

Mərakeşin gələcək regional və qlobal suveren maraqlarını qoruyan bu mövqeyi, rəsmi Rabatı Yeni Dünya Nizamının geosiyasi və geostrateji müstəvisində kontinental transformasiyanın əsas aktoru,Atlantik və Saheliya strategiyalarında əvəzolunmaz mərkəz kimi yüksəldir.

Lakin,bütün uzaq hədəflər üçün düşünülmüş bu rassioal və doktrinal yükslişin qarşılğında,Əlcəzair Mərakeşin Qərbi Sahara üzərində Suveren Muxtariyyət Planının möhkəmlənməsinə qarşı hələ də müqavimət göstərir,antaqonist assimetriyalar üçün yaratdığı mövcud mənfi impulsiv tendesiyaları sürətləndirdirir.

Hətta,Afrika İttifaqını belə siyasi forum kimi rəsmi Rabatın üzərinə səfərbər erməkdə dəridən,qabıqdan çıxır.

Ardınca,regional güc kimi tarixi roluna arxalanan və bir zamanlar üçün köklü ideoloji planlarını önə çəkməyə meyillənən Cənubi Afrika Respulikası da, Mərakeşin yüksəlişini onun kontinental maraqlarına birbaşa təhlükə kimi gördüyü,diqqətçəkən məqanlardandır.

Daha sonra Nigeriya həmçinin,Mərakeşin hazırda Aftika coğrafiyasında periferik gücdən qlobal aktora keçidini heç vəchlə həzm edə bilmir; baxmayaraq,hər iki ölkə arasında ortaq enerji maraqlarının,Afrikanı Avropa ilə birləşdirmək istiqamətində Nigeriya-Mərakeş qaz kəməri vasitəsi ilə praqmatik əməkdaşlığın,Qərbi Afrika seqmentində birgə liderliyin və strateji resurslara ümumi nəzarətin mövcudluğu vardır.
Hazırda Afrika coğrafiyasında cərəyan edən bu tip qeyri-müəyyənlik preampulası,geoqtisadi tamamlığla siyasi inamsızlıq arasında sıxılan mövcud strateji tərəfdaşlığın assimetrik paradoksallığını,daha da zənginləşdirməyə doğru aparır.

Bütün bu assimetrik zidiyyətlərin fonunda,Əlahəzrət Kral VI Məhhəmədin regional tərəfdaşlarına ECOWAS-a üzvlük təklifi,Afrika ölkələrinin paytaxtlarında sağlam partnyorluq üçün apardığı mütəmadi və daimi müzakirələri,bir daha rəsmi Rabatın doğru,düzgün,səmimi,sabit,stabil,təhlükəsiz əməkdaşlığ üçün strateji doktrinasının həm geosiyasi miqyasını,həmçinin aşkar, kənar təsirlərə qarşı güc balansının yaratdığı monolitliyin sarsılmazlığını önə çəkir.

Əlahəztət Kral VI Məhəmmədin ağıllı,qlobal düşünülmüş,sağlam,strateji məntiqə söykənən bu praqmatik diplomatiya jesti,Mərakeşin Afrika-Atlantik seqmentində periferik güc olaraq,özünə inamı və strateji tərəfdaşları arasında subregional tarazlıqları balans şəklində yenidən formalaşdırmağa maraqlı olduğunu bir daha diqqət mərkəzinə gətirir.

Bununla parallel, həmçinin Əlahəzrət Kral VI Məhəmməd,Mərakeşin regionda mərkəzçi mövqe qazanmağının fürsəti ilə daxili gücünü yenidən qurulması qorxusu arasında qalan Qərbi Afrika dövlətlərinin strateji dilemmalarını da ifşa edir.

Beləliklə,Əlahəztət Kral VI Məhəmmədin iti və düz baxış bucaqlarının sərt reallığları prizmasının prinsiplərindən doğan strateji düşüncələri,Sahara məsələsinin təkcə Nyu Yorkda deyil,həm də ittifaq seçimlərinin,liderlik rəqabətinin və geoiqtisadi hesablamaların kristallaşdığı Afrika paytaxtlarında da həll oluna biləcəyi məntiqinə gündəm qazandırır.

Kral VI Məhəmmədin sağlam düşüncəyə və düzgün məntiqə söykənən bu doktrinal, strateji təşəbbüsləri,üstəlik,regionda tərəfdaşlarla birgə ittifaq şəklində möhkəm rıçaqlar qurmaq bacarığı,rəsmi Rabatın təkcə öz təsirinin genişlənməsini ehtiva etmir.

Əlahəzrət Kral,Afrika və Atlantik geosiyasi tarazlığının reallığı konteksində Saharanın Beynəlxalq Nizamda,Mərakeşin Suveren Kimliyinin möhkəmlənməsi məsələsinin həm də, gələcək qlobal münasibətləri sağlam təməllər üzəridə müəyyən etməyə stimul verən mesajlar ötürür.
Rusiya,Ukraya müharibəsi başlayadan beynəlxalq təcrid və sanksiyalara məruz qalsa da,lakin, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olaraq,Sahara mübahisəsinə Qərblə Qlobal Qarşıdurma Prizmasından yanaşır.

Bu üzdən də,Kremlin Sahara ilə bağlı mövqeyi daha Qlobal Doktrinanın bir hissəsi kimi diqqət çəkir.Beləki,rəsmi Moskva bir sıra regional və beyəlxalq məsələlərin fonunda,məsələn Ukrayna və Krım konfliktində BMT mandatlarının genişləndirilməsinə qarşı çıxmaqla,özünü müdafiə məntiqini daha çox qabardır.

Bu konteksdə,Moskva üçün Sahara mübahisəsi,hazırkı geosiyasi proseslərin tərs-perpendikulyar cərəyan etdiyi müstəvisində, Qərbin Rusiyaya qarşı kollektiv cəbhə açmasına müqavimət göstərmək üçün daha əlverişli arena rolunu oynayır.

Çin isə bu məsələdə daha çox incə və yumşaq bir siyasi, diplomatik yanaşma mövqeyi nümayiş etdirir.

Çünki,rəsmi Pekinin tarixi dövlət suverenliyinə bağlılığının arxa fonunda, dünyanın müxtəlif coğrafiyaları,o cümlədən Afrika-Atlantika üzrə iqtisadi və infrastruktur baxımından proqnozlaşdırdığı Strateji Doktrinası mövcuddur.

Çin,Sahara və onun Saheliya uzantılarına özünün Kəmər və Yol Təşəbbüsü doktrinasını genişləndirilmək üçün həlledici həlqə kimi baxır.

Həmçinin,eyni zamanda Saharanın Mərakeşin Suveren Hüququ olduğu konteksini müdafiə etməsi,Pekinin mübahisəli Tayvan məsələsində hər hansı ayrılma cəhdinə qarşı çıxdığı tendensiyası da,onun qlobal və regional siyasi gedişlərində qırmızı xətt kimi əks oluur.

Bu tendesiv amili əsas götürsək,o zaman Qlobal Şahmat Taxtası üzərində Mərakeşin suveren ərazi bütövlüyü məsələsi,beynəlxalq aktorların ayrı-ayrılıqda strateji maraqlarından doğan,həmçinin Afrika-Atlantik regionunda kəsişən,toqquşan,zidiyyətlər yaradan Strateji Planlarının doktrinal gizli dosyesində, onun artıq həyati əhəmiyyətə malik parçaya çevrildiyini təsdiq etmiş olur.

Deməli,Sahara mövzusu artıq regional mübahisə predmeti yox,daha çox beynəlxalq nizamın formalaşması və məzmun səciyyəsi alması planlarında qlobal düyün nöqtəsi kimi mərkəzçi mövqeyi ilə görünür.

Bu üzdən,beynəlxalq hüquq və diplomatiyanın üst qatında Sahara məsələsi üzərində realizm və praqmatizmə doğru istənilən korrektə,sadəcə texniki
düzəliş yox, daha çox qlobal müstəvidə Mərakeşin Suveren,Tarixi Muxtariyyət Planının baş tutması istiqamətində,yeganə uğurlu variant kimi qəbul edilən ən mühüm strateji addımdır.

Makkinderin "Heartland-a nəzarət edən,Dünya Adasına əmr verir." tarixi frazasını bu arada faydalı iş əmsalı kimi ön xəttə çıxarsaq,o zaman Saharanın, -Atlantik və Sahelin kəsişməsində həm Afrika,həm də Atlantika üçün vacib,təhlükəsiz döngə olduğu reallığını da görə bilərik.

Beləliklə,Makkinderin bu tarixi frazasına reallığ kimi yanaşsaq,artıq Saharanın mübahisəli periferiya yox,Saheliyanın təhlükəsizliyi,enerji marşrutları və dəniz dəhlizlərinin birləşdiyi strateji menteşənin qlobal dünyaya açılan pəncərə rolu oynadığına da inanmalıyıq.

Tomas Fridmanın qeyd etdiyi kimi,dünya qarşılıqlı asılılıq baxımından “düz” olsa da,lakin strateji cəhətdən “möhkəm” olaraq qalır:və beləcə, hər bir sahil xətti və hər bir resurs qlobal şahmat taxtası üzərində mübahisəli meydançaya çevrilir.

Bu ampulada və yaranmış hazırki gərgin mühitdə,Təhlükəsizlik Şurasını fərqli siyasi baxışların toqquşduğu arena kimi xarakterizə etmək olduqca yerinə düşəndir;Ukraynadakı müharibə bataqlığı,İranın nüvə proqramı ətrafındakı gərginlik,Çin-ABŞ münasibətlərində rəqabət savaşı,Yaxın Şərqdə sabitliyin pozulan nizamı,Qəzza böhranı,diplomatik resursları gerdigcə tükədir və taqətdən düşmüş çoxtərəfli beynəlxalq nizamı daha da parçalamağa əndişələnir.

Bu gərginlik və böhranların boz,bulaıq fonunda Sahara mübahsəsi,qlobal prioritetlərin mərkəzində nadir hallarda müzakirə olunsa da, lakin davamlı, həmçinin sistemli dinamik proseslərin təsiriniöz üzərində hiss edir.

Üstəlik,P5 arasında daha geniş məsələlər üçün konsensusun olmaması, istənilən “inqilabi” irəliləyişin qarşısını alır,qəbul edilən qətnamələri minimum kompromislərə qədər endirir.

Nəzərə almaq lazımdır ki,P5 tərəfindən edilən müəyyən düzəlişlər,strateji cəhətdən həlledici görünəndir: beləki,BMT-nin“realizm” və “praqmatizm” prinsiplərinə istinadın özü,Mərakeşin Suverenlik Aktı və Haqqı olaraq hazırladığı və Sahara üzərində vacib,təxirə salınmaz,sürətli həllini gözləyən Muxtariyyət planını yeganə, güvənli çərçivə şəklində gücləndirir.

Hazırda beyəlxalq aktorlar tərəfindən gündəliyə gətirilən Sahara mübahisəsinin həlli yollarının artan dinamik xətt boyunca geriyə dönüşünün qarşısını almaq tendensiyası,Mərakeş üçün regional deyil,qlobal müstəvidə hərəkətlilik motivasiyası yaratmalıdır.

Doğrusu,həmin motivasiyanın müsbət impulsiv üç isiqamət üzrə mövcudluğu yaranır;birincisi,Vaşinqton,London,Paris,ardınca da Afrika və Latın Amerikası tərəfdaşları ilə sıx əməkdaşlıq vasitəsi ilə,Sahar üzərində Muxtariyyət Planının BMT-nin nizamanamə və tələblərinə uyğu olaraq möhkəmləndirilməsi;

İkincisi,Afrika və Avropada gələcək sabitlik və təhlükəsizliyin birbaşa Mərakeşin sabitliyi ilə uzlaşan qlobal layihələr - Sahel,Atlantik limanları və cənub əyalətlərindəki sənaye zonalarına enerji dəhlizləri vasitəsilə Saharanın inteqrasiya mərkəzi kimi layihələndirilməsi;

Üçüncüsü,Qərb dövlətləri ilə ittifaqları möhkəmləndirib, müxalif düşərgəsini neytrallaşdırmaq istiqamətində Moskva və Pekini bu planların baş tutmasına inandırmaqla,çoxtərəfli realizmin tətbiq edilməsi kimi məsələlər,Mərakeş üçün hazırda olduqca aktualdır.

BMT-nin ortamüddətli perspektivində 2025-ci il üçün Muxtariyyət Planı Qətnaməsi,faktiki istinad kimi təqdis edə bilər.

Bu tendensiya,eyni zamanda Afrikanın yenidən qurulması istiqamətində Mərakeşin rolunu gücləndirməyə ekvivalent ola bilər.

Bu konteks,rəsmi Rabatın gələcəyə hesablanmış strategiyasının Muxtariyyət Planını Qlobal Səviyyədə müdafiə etməkdən çox kənara çıxmağa meyyiləndirməlidir.

Doğurdan da,bu gün Mərakeşin üzərində ikiqat məsuliyyət yükü var;birincisi,muxtariyyət planını suveren akt və normativ həll yolu kimi periferik olaraq möhkəmləndirmək,ikincisi,qlobal gələcək üçün ölkənin geoiqtisadi və geostrateji arxitekturasını qurmaq və bu seçimi həm böyük güclər,həm də regional tərəfdaşlar üçün əvəzolunmaz etmək missiyasını gücləndirməkdir .скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ