Elşad M.Turan
[email protected]
_____________________________
Hazırki köhnə,yeni,real dünyanın tərs-perpendikulyar müstəvisi üzərində cərəyan edən çoxgedişli və çoxqütüblü geosiyasi proseslər,qlobal güclərin bir cox coğrafiyalarda nüfuz üstünlüyü qazanmaq üçün göstərdiyi təşəbbüslərlə müşahidə olunmaqdadır.
Bu tip mənfi dinamik tendensiv siyasi amillər,sözsüz ki,zidiyyətlərlə dolu,narahat,qeyri-sabit,ritorikaya meyilli,eskalasiyalara sürüyən münaqişələrin yenidən alovlanmasına,iqtisadi, ticari, loqistik, humanitar böhranlara yol açır,beynəlxalq hüquq və diplomatiyanın inertliyi, insan haqlarının kobud pozulmasına daha çox fokuslanır.
Əlbəttə,bu da dünyanın qarşıq rəng palitrası ilə müşahidə olunan bu günki zidiyyətli mənzərəsinin boz,bulanıq fonunda daha ağıllı,daha praqmarik,daha strateji düşüncəyə söykənik diplomatik gedişlər etməyi olduqca çətinləşdirir və risk altına qoyur.
Lakin,bu gün Mərakeşi transregional periferiyadan qlobal güc mərkəzinə çevriən,Afrika-Atlantik çoğrafiyasının diplomatik xəritəsini hay-küylü,qalmaqallı siyasi ritorikadan uzaq, uzaq hədəflərə hesablanmış(hesablandığı)sakit,incə,strateji doktirinal platformalarla yenidən dizayn etmək qüdrətinə malik Kral VI Məhəmmədin təşəbbüsləri və ağıllı gedişləri,hələ narahat dünyanın yenidən sabit, stabil şəklə salmağa səbr və təmkini, məntiqi düşüncəsi və sağlam təfəkkürü olan siyasətçilərin varlığına insanı heyran qoyur.
Beləki,bu ilin aprelində simvolizmlə dolu bir mərasimdə Kral VI Məhəmmədin, Sahel Dövlətləri Alyansının (AES) əsas üzvləri olan Burkina Faso,Mali və Nigerin xarici işlər nazirlərini Rabatdakı Kral Sarayında qarşılaması mərasimi,Mərakeşin özünü Afrikanın dənizə çıxışı olmayan dövlətləri üçün əsas tərəfdaş kimi təqdim etməsi üçün uzunmüddətli planında, mühüm başlanğıc mərhələsinin strateji açarı kimi diqqət çəkdi.
Kral VI Məhəmmədin bu strategiyasının mərkəzində, 2023-cü ildə başlatılan və AES ölkələrinə Mərakeşin dünya səviyyəli Tanger Med limanları və tezliklə tamamlanacaq Dakhla Atlantikası vasitəsilə dənizə çıxış təklif edən “Atlantik Afrika Təşəbbüsü” dayanırdı.
Kral VI Məhəmmədin bu strateji platforması, sadəcə bir infrastruktur layihəsi deyildi.
Rabatdakı yüksək rütbəli Avropa diplomatlarından birinin dediyi kimi, “Bu, digər tərəfdaşlıqlara bağlı ideoloji iplərdən azad olmaqla, on ildə gördüyümüz ən tutarlı Afrikanın rəhbərlik etdiyi təşəbbüsdür.”
Kral VI Məhəmmədin bu strategi diplomatik gedişi, Saheldə nüfuz uğrunda mübarizə aparan digər qlobal oyunçuların təklif etikləri loqistik, infrastrukur modellərindən əhəmiyyətli dərəcədə ayrılır.
Bu coğrafiyada Rusiya hərbi müşavirləri və muzdlu vəkilləri,Türkiyə isə iddialı yumşaq güc oyunu ilə təcəssüm olunan, həmçinin tez-tez qütbləşdirici taktikalara üstünlük verməklə özünün geosiyasi təsir həlqəsini genişləndirməyə meyillənir.
Mərakeş isə,Kral VI Məhəmmədin uzaq hədəflərə hesablanmış strateji diplomatiya,layihələr, səbir,əlaqə və etimad vasitəsilə tərəfdaşlarına incə təsir göstərir.
Nə hərbi bazalar,nə siyasi qol gücü, nə də bombalı bəyanatlar,-bu strateji yanaşmada özünə yer alır.
Bu strateji doktrinanın əsas güc mənbəyi,-diplomatiya, logistika, təlim və inkişaf üzrə əməkdaşlıqdır.
Bu yanaşma Mərakeşin Sahel ilə tarixi, mədəni və dini əlaqələrində dərin köklərə malikdir.
Əsrlərdir trans-Sahara karvan yolları, ticarət və sufi qardaşlıqları vasitəsi ilə bu mənəvi dəyərlər, ənənələr qoruna-qoruna günümüzə qədər gəlib çıxa bilmişdir.
Bu üzdən də Rabat, Afrika coğrafiyasında ağıllı,düşünülmüş strateji diplomatiyaya üstünlük verərək,köhnə əlaqələri canlandırır,modernləşdirir, onları regional inteqrasiya üçün çərçivəyə çevirir, qlobal müstəvidə beynəlxalq aktorlarla davamlı və dayanıqlı münasibətlərini inkişaf etdirir,özünün təhlükəsizlik və suverenliyini daha da möhkəmləndirir.
Bu sreateji doktrina, Kral VI Məhəmmədin qlobal müstəvidə vizyonu üçün ən yaxşı şəkildə “memarlıq diplomatiyası” kimi ehtiva edlir və qəbul olunur.
Rabat həmçinin strateji səbr və təmkin, etimad diplomatiyasının qurucularındandır.
Beləki, Kral VI Məhəmmədin düzgün diplomatik strategiyasının nəticəsində,2024-cü ilin sonunda Burkina-Fasoda dörd fransız girovun azad edilməsi istiqamətində göstərilən təmkinli, lakin, həlledici diplomatik addım, həmin kritik period üçün Avropanın bir sıra aparcı dövlətlərinin siyasi və xüsusi xidmət dairələri tərəfindən yüksək qiymətləndirilmişdi.
Kral VI Məhəmmədin ideoloji xətlər boyu hörmət edilən neytrallığı, başqalarının uğursuz olduğu yerlərdə etimada layiq həmsöhbət olmaq üçün xidmət etməyə imkan verir.
Bunula parallel,AES üzvləri ECOWAS-dan kollektiv şəkildə çıxdıqdan sonra beynəlxalq sanksiyaların hədəfinə tuş gəldikləri zaman, – Rabat logistika qapısını həmin ölklərin üzünü açmaqla,bir dahamehriban tərəfdaşlıq missiyasının daimi olduğunu bəyan etmişdir.
Burkina Fasonun xarici işlər naziri Karamoko Jan-Mari Traore “Əlahəzrətin regionumuz haqqında biliyi və onun yeni tərəfdaşlıq qurmaq istəyi bizi dərindən təsirləndirdi” ifadəsi, Kral VI Məhəmmədin Afrikanın region ölkələri üçün qlobal aktorlar tərəfindən təzyiq və təsirlərinin azaldılması,sıfıra endirilməsi istiqamətində ən güvənilən strateji tərəfdaş kimi nə qədər vacib fiqur olduğunu göstərir.
Əlbəttə,Mərakeşin əsas strateji ana xəttində uzunmüddətli dividendlər olduqca əhəmiyyətlidir: buraya daha dərin ticarət əlaqələri,Qərbi Saharadakı mövqeyinə daha çox siyasi dəstək,Afrika qitəsi ilə Atlantik dünyası arasında faktiki transkörpü kimi artan nüfuzu,Qərbdən aslıllğın aradan qaldırılması, Afrikanın yenidən nizamlanmasının sürətlənməsi kimi vacib amillər daxildir.
Bu dayanıqlı,sabit,stabil hədəfə, ancaq Kral VI Məhəmmədin irəli sürdüyü sakit,incə,ritorikadan uzaq,ağıllı strateji diplomatiya vasitəsi ilə çatmaq olar.
Bu üzdən də,hazırda Afrika coğrafiyası qeyri-müəyyənliklə mübarizə apararkən,Kral VI Məhəmmədin Mərakeş modeli güc siyasətinin sıfır cəmi məntiqinə alternativ təklif edir.
Bu gün "Kral əmr vermək istəmir, həll yolları təklif etmək istəyir."
Bu təklif, təkcə Bamako və ya Niameydə deyil, Brüssel, Paris və Vaşinqtonda da getdikcə rezonans doğurmaqdadır.
Kral VI Məhəmmədin düzgün, lakin ehtimallara və nəzəriyəyə deyil, reallığa dayanan streteji diplomatiyası, həqiqətən də bu gün Yeni Dünya Nizamı üçün Qlobal Güc Mərkəzlərinin Yumru Masasında diqqət mərkzəində, keçərliyi ilə aktualdır.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi