Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini ballistik raket atəşinə tutması və bunun nəticəsində aralarında azyaşlılar və qadınlar da olmaqla ciddi sayda mülki insanların itkisi barədə Küveytin “Dasmannews” onlayn xəbərlər portalında və gündəlik ərəb dilində nəşr edilən “Əl-Ənbə”, “Əl-Nahar”, “Əl-Cəridə” qəzetlərində bu barədə məlumatlar dərc edilib.
Bu barədə Azərbaycanın Küveytdəki Səfirliyindən xəbər verilib.
Qeyd edilib ki, həmçinin hücum zamanı həlak olan insanların xatirəsinin yad edilməsi məqsədilə oktyabrın 19-da səfirliyin əsas giriş qapısının önündə erməni vəhşiliyinin qurbanı olmuş şəxslərin, insanların fotoşəkilləri, yaşayış binalarına, mülki obyektlərə dəyən dağıntıları özündə əks etdirən materiallar yerləşdirilmiş anım lövhəsi quraşdırılıb. Oktyabrın 18-dən etibarən ölkədəki Azərbaycanın icma üzvləri mütəşəkkil və fərdi şəkildə səfirliyin önünə gələrək erməni vandalizminin qurbanı olmuş vətəndaşlarımızın xatirəsini ehtiramla anmış, lövhənin önünə gül dəstələri, eləcə də kiçik uşaq oyuncaqları qoymuşlar. Həmçinin, səfirliyin önündən keçən yerli və müxtəlif ölkə vətəndaşları lövhəyə yaxınlaşaraq hadisə ilə tanış olmaqla yanaşı, onlara Gəncə terroru barədə ətraflı məlumat verilib. Erməni vandalizminin qurbanlarının anımı ilə bağlı quraşdırılmış lövhənin nümayişi həftənin sonunadək davam etdiriləcək.
Bundan əlavə, Ermənistanın Gəncə şəhərini raket atəşinə tutması nəticəsində aralarında azyaşlılar və qadınlar da olmaqla ciddi sayda mülki insanların itkisi barədə XİN-in Bəyanatı, o cümlədən rəsmi orqanlara əsasən yayılmış digər məlumatlar səfirliyin saytında yerləşdirilib və sosial şəbəkə ünvanlarında müvafiq paylaşımlar edilib.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi