Qırğızıstan parlamentinin - Joqorku Keneşin oktyabrın 16-da keçirilən növbədənkənar iclasında Prezident Sooronbay Jeenbekovun istefasını rəsmi olaraq qəbul edib.
Sooronbay Jeenbekov dövlət başçısı kimi son çıxışını da edib. Sooronbay Jeenbekov deyib ki, o, ölkədəki qarşıdurmanı aradan qaldırmaq üçün istefa verib. “Qırğızıstanda sülh və sabitliyin qorunması mənim üçün hər şeydən üstündür. Mən Qırğızıstanın tarixində qan tökən, öz vətəndaşlarına güllə atan Prezident kimi qalmaq istəmədim”, - deyə Sooronbay Jeenbekov bildirib.
Parlamentin iclasında Prezidentin səlahiyyətlərinin rəsmi olaraq Baş Nazir Sadır Japarova verilməsi məsələsi də müzakirə edilib və deputatlar onun lehinə də səs veriblər.
Beləliklə, yeni prezident seçkiləri keçirilənədək Sadır Japarov həm də dövlət başçısının səlahiyyətlərini yerinə yetirəcək.
İclasda çıxış edən Sadır Japarov qarşıda duran vəzifələrdən danışıb, prezident seçkilərinin 2021-ci il yanvarın 10-dan gec olmayaraq keçiriləcəyini bildirib.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi