Azərbaycanın haqq işini dünyaya çatdırmaqda önəmli və səmərəli rol oynayan Türkiyə mətbuatına təşəkkür edirəm. Türkiyəli jurnalistlər Dağlıq Qarabağda cəbhədən və döyüş meydanından xəbərləri operativ surətdə dünyaya çatdırırlar. Təəssüf ki, bu xəbərləri hələ də qulaqardına vuranlar var. Azərbaycan tolerant ölkədir. Biz bütün dinlərin nümayəndələrinə hörmətlə yanaşırıq. Lakin erməni mətbuatı bu mövzuda yalan xəbərlər yayır. Ermənilər, həmçinin dünya xristianlarının dini hisslərindən də istifadə edirlər. Halbuki ermənilər Azərbaycanın məscidlərini dağıdıblar, hətta dini ibadət yerlərində heyvan saxlayırlar.
Forpost.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin “Haber Global” televiziyasına müsahibəsində deyib.
Hikmət Hacıyev bildirib ki, Azərbaycan Prezidentinin dediyi kimi, bizim erməni xalqı ilə işimiz yoxdur. Biz öz torpaqlarımızı işğaldan azad edirik. Dağlıq Qarabağın erməni əhalisi Azərbaycanın tərkibində yaşamaq istəyirlərsə, biz hər cür dəstəyi verməyə hazırıq.
İşğaldan azad olunmuş Cəbrayıl şəhərinin fotolarını gördük. Burada bütün evlər, infrastruktur dağıdılıb. Biz torpaqlarımızı işğaldan azad edəndən sonra bütün şəhər və kəndlərimizi tez bir zamanda bərpa edəcəyik.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi