Sentyabrın 29-da axşam saat 22:00 radələrində Cavaxetiyada ermənilər Gürcüstan-Türkiyə magistral yolunu bağlamağa cəhd göstəriblər.
Aksiyada iştirak edən ermənilər Türkiyədən gələn yük maşınlarını Gürcüstana buraxmayacaqlarını bildiriblər. Ermənilər bu yolla Türkiyədən Azərbaycana silah daşındığını iddia ediblər. Hadisə yerinə polis əməkdaşları ilə yanaşı, Gürcüstan parlamentinin hazırkı deputatı Samvel Manukyan və sabiq deputat Samvel Petrosyan da gəliblər.
Söhbət zamanı ermənilər bir neçə tələb irəli sürüblər. Uzun sürən danışıqlardan sonra yol açılıb.
Siyasi ekspertlər hesab edirlər ki, aksiya Ermənistan hökuməti tərəfindən idarə olunur. Ermənilərin əsas məqsədi Gürcüstanı münaqişəyə cəlb etmək, münaqişənin miqyasını genişləndirməkdir. Halbuki onlar yaxşı bilirlər ki, Gürcüstan hökuməti ölkə ərazisindən hərbi yüklərin daşınmasını qadağan edib. Buna baxmayaraq, ermənilər öz məkrli siyasətlərini həyata keçirmək üçün ən iyrənc vasitələrə əl atırlar.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi