Terrorsuz Türkiyə hədəfi planlaşdırdığımız şəkildə davam edir və bu istiqamətdə hər hansı problem yoxdur. Hadisələr hər ötən gün ölkəmizin və bölgəmizin xeyrinə daha sağlam bir formada davam edir. “Cümhur İttifaqı” olaraq bu prosesi ən yüksək səviyyədə qurur və davam etdiririk. Kimsə bu prosesdən özünə mənfi pay çıxarmasın. Bunların heç biri nəticə verməz.
Bu ifadələr Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbulda media nümayəndələrinə gündəmə dair açıqlamalarında yer alıb. Jurnalistlərin ABŞ-a səfəri ilə bağlı sualını cavablandıran R.T.Ərdoğan hələlik konkret bir tarixin müəyyənləşdirilmədiyini deyib: “Həm xarici işlər, həm də ticarət nazirlərimizin görüşləri və Amerika ilə bağlı səfər cədvəlləri gündəmdədir. Bu cədvəllər istənilən an işə düşə və əməkdaşlarımızın ABŞ-a səfərləri mümkün ola bilər. Həmin səfərlər zamanı son günlər gündəmə gələn vergi ilə bağlı məsələlər də əsas müzakirə mövzularından biri ola bilər. Arzumuz Türkiyəyə qarşı düşündükləri müsbət yanaşmanın reallaşdığını görməkdir”.
Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbərliyinin tərəfdarlarını aprelin 2-də yerli mal və müəssisələri boykot etmək çağırışlarına da toxunan Türkiyə Prezidenti bu prosesin müxalifətin istəyinin tam əksinə getdiyini, həmin gün alış-veriş mərkəzlərinin daha da canlandığını qeyd edib: “Son hadisələr fonunda CHP-nin atdığı addımlar nəticə vermədi və verməyəcək. İqtisadiyyatda bu millətin əleyhinə kampaniya aparanları heç kim bağışlamır. Əksinə, daha çox alış-veriş edir”.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi