Fransanın müstəmləkəçilik siyasəti nəticəsində xalqların milli-mənəvi dəyərləri və adət-ənənələri məhv olmaq ərəfəsindədir. Bu siyasət xalqların tarixində ağır yaralara yol açıb.
“Yeni Kaledoniya Sakit Okean İcmaları və Mədəniyyətləri Evi” (NCMCP) assosiasiyasının prezidenti Mariya İzabella Saliqa Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfransda deyib. O bildirib ki, müstəmləkəçilik əzilən xalqların təkcə adət-ənənələrini deyil, eyni zamanda, mədəniyyətlərini məhv edir.
“Biz zorakılıqla Fransanın bir hissəsi olduq və bu alçaqlıqların, sərvət oğurlanmasının, dərman bitkiləri haqqında biliklərin məhv edilməsinin və müstəmləkəçiliyin maraqlarına xidmət edən çirklənmə və iqtisadi inkişaf yolu ilə manipulyasiyaların ağır yükünü hələ də daşıyırıq”, - deyə Mariya İzabella Saliqa bildirib. O qeyd edib ki, Fransa öz keçmiş müstəmləkələri üzərində tam nəzarət istəyindən heç vaxt əl çəkməyib, bu xalqları tabeliyində saxlamağa çalışır. Bu siyasət məktəblərdə təhsillə başlamış, ədalətsiz məhkəmə sistemi və iqtisadi maneələrlə davam etmişdir.
NCMCP assosiasiyasının prezidentinin sözlərinə görə, bu gün Fransa müstəmləkəçiliyindən əziyyət çəkən xalqlar arasında siyasi şüurun canlanması müşahidə olunur: “Öz müqəddəratını təyinetmə və iqtisadi müstəqillik uğrunda hərəkatlar yaranır və bir çox ərazilər, o cümlədən Afrika ölkələri fransız zülmündən xilas olmağa çalışır”.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi