Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olması ilə bağlı qəbul edilən yekdil qərara görə üzv dövlətlərə minnətdarlığını bildirən Prezident İlham Əliyev tamhüquqlu üzv kimi Azərbaycanın bu təsisatın inkişafı ilə bağlı səylərini əsirgəməyəcəyini vurğuladı. Dövlətimizin başçısı D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı yaranandan bəri ona qoşulan ilk ölkənin Azərbaycan olmasından məmnunluğunu bildirdi. Prezident İlham Əliyev bu qərarı, eyni zamanda, üzv ölkələr tərəfindən Azərbaycana göstərilən hörmət və həmin ölkələr arasında böyük dostluğun nümunəsi kimi qiymətləndirdi. Dövlətimizin başçısı qeyd etdi ki, D-8 ölkələri ilə Azərbaycanın qarşılıqlı milli maraqlara əsaslanan səmərəli konstruktiv ikitərəfli münasibətləri mövcuddur. Azərbaycanın aidiyyəti qurumları ilə təşkilat arasında əlaqələrin yaradılmasının önəminə toxunan dövlətimizin başçısı onun coğrafiyasının Xəzər dənizi və Qafqaz regionuna genişlənməsinin əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev bu xüsusda təşkilatın bölgəyə yaxınlaşmasında regionun mühüm ölkəsi kimi Azərbaycanın rolunu qeyd etdi.
Dövlətimizin başçısı Baş katib İsiaka Abdulqadir İmamın ölkəmizə səfərinin səmərəli olacağına ümidvarlığını ifadə etdi.
Qəbula görə minnətdarlığını bildirən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycanın bu təsisata üzv olması və müqəddəs Ramazan ayı münasibətilə təbriklərini çatdırdı. Qonaq, eyni zamanda, COP29-da Azərbaycanın uğurlu sədrliyi ilə bağlı dövlətimizin başçısını təbrik edərək, ölkəmizin sədrliyi çərçivəsində COP29-da iqlim gündəliyi üzrə ciddi qərarların qəbul olunduğunu vurğuladı.
D-8-in dünyada 1,2 milyard əhalisi olan üzv dövlətləri əhatə edən böyük iqtisadi və ticari potensiala malik təsisat olduğunu deyən Baş katib onun fəaliyyətinin əsasında ölkələr arasında iqtisadi-ticari münasibətlərin inkişafının dayandığını qeyd etdi. Qonaq əminliyini bildirdi ki, Azərbaycan təşkilatın daha da inkişaf etdirilməsinə, gündəlikdə duran məsələlərin həyata keçirilməsinə öz əsaslı töhfəsini verəcək.
Görüşdə D-8 çərçivəsində enerji, iqlim fəaliyyəti, ticarət, kiçik və orta sahibkarlığın inkişafı, gənclər, media və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi