“Böyük Britaniya Hökuməti COP29-da təbiətin gündəlikdə önəmli yer tutmasını təmin etmək üçün buradadır. Qlobal iqtisadiyyatın yarısı təbiətdən asılıdır və biz təbiəti yalnız onun öz dəyəri üçün deyil, həm də özümüzü xilas etmək üçün qorumalıyıq”.
Britaniyanın təbiət naziri Meri Kriq COP29 çərçivəsində keçirilən tədbirdə deyib. Nazir okean icmasının gücləndirilməsi və qrantlar proqramının birinci mərhələsi çərçivəsində maliyyələşdiriləcək 20 layihəni açıqlayıb. Bu layihələr dəniz mühitində və dünya üzrə sahilyanı icmalarda davamlı dəyişikliklər həyata keçirəcək, yoxsulluğu azaldacaq, yerli icmaları gücləndirəcək və dəniz ekosistemlərinin sağlamlığını qoruyacaq.
Meri Kriq okeanın qlobal istiləşmə, çirklənmə və turşulaşmanın üçqat təhdidindən əziyyət çəkdiyini və bunun dəniz və sahil ekosistemlərinin çökmə riskini artırdığını deyib:
“Bu mühüm layihələr Yer kürəsinin iqlim baxımından ən həssas yerlərində dəniz yaşayış mühitlərini qorumağa kömək edəcək. Qlobal iqtisadiyyatın yarısı təbiətdən asılıdır və biz təbiəti yalnız onun öz dəyəri üçün deyil, həm də özümüzü xilas etmək üçün qorumalıyıq”,- deyə nazir çıxışında qeyd edib.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi