Əfqanıstanın şərqində “Taliban” hərəkatının hücumu nəticəsində hökumət qüvvələrinin azı 16 əməkdaşı həlak olub, bir neçə nəfər isə yaraLANIB. Forpost.az xarici KİV-lərə istinadla xəbər verir ki, taliblər Nanqarhar əyalətinin Hoqyani rayonunda təhlükəsizlik qüvvələrinin mövqelərinə hücum ediblər. Hücum əfqanlararası danışıqlar ərəfəsində həyata keçirilib.
Xatırladaq ki, ABŞ və “Taliban” fevral ayının sonlarında Qətərdə sülh sazişi imzalayıblar. Sazişə əsasən Birləşmiş Ştatlar və onun müttəfiqləri 14 ay ərzində bütün qoşunları Əfqanıstandan çıxarmalıdır. O cümlədən “Taliban” hərəkatı və Əfqanıstan hökuməti arasında danışıqlar və atəşkəs rejimi başlanmalıdır.
Bu arada, Qətərin Xarici İşlər Nazirliyi tərəflər arasında danışıqların sentyabrın 12-də Doha şəhərində başlayacağı barədə məlumat yayıb. “Taliban” rəhbərliyinin üzvü Əbdül Qani Baradar və hərəkatın nümayəndə heyəti artıq Qətərin paytaxtına gəlib. Taliblər Əfqanıstan hökuməti ilə danışıqlarda iştirak etmək üçün 21 nəfərdən ibarət nümayəndə heyəti formalaşdırıb.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi