Tərəfdaşlar olaraq biz iqlim dəyişikliyi ilə mübarizəni gücləndirməli, dəyən zərərlə bağlı müvafiq işlər görməli, İtki və Zərərə Cavab Fondunun fəaliyyətini gücləndirməliyik.
Bu fikirləri Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev İtki və Zərərə Cavab Fondunun İdarə Heyətinin sentyabrın 18-də Bakıda keçirilən 3-cü iclasında səsləndirib.
M.Babayev bildirib ki, COP29 ərəfəsində biz ötən illərdə keçirilmiş tədbirlərin əldə etdiyi nəticələrə əsaslanaraq irəli getməliyik.
Onun sözlərinə görə, iqlim dəyişikliyinin fəsadları təbiətə vurulan ziyan və insan itkiləri ilə müşahidə olunur. Bunun bariz nümunəsindən biri də Asiya ölkələrində tüğyan edən tayfunlar, daşqınlardır. Həmin təbiət hadisələri nəticəsində qitə ölkələri ciddi itkilərə məruz qalıb.
Vurğulayıb ki, iqlim dəyişikliyindən zərər çəkən ölkələrə yardım göstərmək borcumuzdur.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi