.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyi, habelə bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində BMT ilə birgə fəaliyyət məsələləri müzakirə olunub.
BMT-nin Azərbaycandakı fəaliyyətinin əhəmiyyətindən bəhs olunub, ölkəmizin təşkilat, o cümlədən onun ixtisaslaşmış orqanları ilə səmərəli əməkdaşlıq həyata keçirdiyi bildirilib.
Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti, perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar barədə qarşı tərəfə məlumat verilib.
COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdıran Baş katibin müavini BMT-nin də bu prosesdə Azərbaycana tam dəstək verməyə hazır olduğunu bildirib. Bununla yanaşı, BMT Baş katibi adından bu ilin sentyabr ayında Nyu-Yorkda keçirilməsi planlaşdırılan “Gələcəyin sammiti” barədə məlumat verib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi