Vaşinqton şəhərində yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasında Zəfər Gününün 3-cü ildönümünə həsr olunmuş tədbiri keçirilib
Tarix: 11-11-2023, 14:28
Google+ Paylaş
Tumblr Paylaş

Vaşinqton şəhərində yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasında Zəfər Gününün 3-cü ildönümünə həsr olunmuş tədbiri keçirilib

11-11-2023, 14:28

. ABŞ-dakı səfirliyimiz tərəfindən təşkil olunmuş tədbirdə xarici ölkələrin ABŞ-da akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri və üzvləri, hərbi attaşelər, Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Səfirlikdən bildirilib ki, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim, hərbi attaşe Rüstəm Gözəlov və bu ölkədəki Azərbaycan icmasının fəal üzvü Həbib Azərsina Zəfər Günü ilə bağlı çıxış ediblər.

Çıxışlarda ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi ilə yanaşı, ədalətin də bərpa edildiyi qeyd edilib, bunun yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün önəmli olduğu vurğulanıb. Ədalətsizliyin və ikili standartların hər bir ölkə üçün təhdid təşkil etdiyi və bununla mübarizənin ümumi vəzifə olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğu, 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə silahlı qüvvələrimizin tarixi missiyasını tamamladığı vurğulanıb.

Bu il ölkəmizdə Zəfər bayramının tamamilə fərqli mühitdə qeyd edildiyi, Zəfər Gününün zəfər, cəsarət, ədalət və milli qürur bayramı olduğu bildirilib. Azərbaycan xalqının bundan sonra hər zaman öz ərazi bütövlüyünü bərpa etmiş, qalib dövlət və xalq kimi yaşayacağı vurğulanıb.

Tədbirin rəsmi hissəsinin sonunda Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Daha sonra qonaqlara milli mətbəximizin təamları təqdim olunub.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ