.
Azərbaycan Xarici İşlər Nazirliyinin Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın Fransa Senatında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində bildirilib.
Qeyd edilib ki, Fransa nazirinin Azərbaycanın Qarabağ bölgəsini heç bir güc tətbiq edilmədən, könüllü şəkildə tərk edən ermənilərin Ermənistanda yerləşməsinin guya Azərbaycan tərəfindən planlaşdırıldığı iddiasını səsləndirməsi Fransanın beynəlxalq təşkilatların rəyinin, hətta Ermənistan baş nazirinin 21 sentyabr tarixli bəyanatının əksinə, öz məkrli və xəyalpərəst siyasətlərini davam etdirmək marağından çıxış etdiyini göstərir.
“Öz qanlı müstəmləkəçiliyi və vasitəçiliyi dönəmində işğalçı tərəf olan Ermənistanı dəstəkləyən Fransanın indi ədalətdən və beynəlxalq hüquqdan danışması qəbuledilməzdir.
Azərbaycan ərazilərinin işğaldan azad edilməsini, işğalçı qüvvələrin qeyd-şərtsiz, tam və dərhal çıxmasını, məcburi köçkünlərin öz evlərinə qayıtmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin 27 il ərzində icrasını təmin etmək istiqamətində heç bir addım atmayan Fransanın indi Azərbaycana qarşı qətnamə qəbuluna çağırış etməsi riyakarlıq nümunəsidir.
Qırx dörd günlük Vətən müharibəsindən sonra son üç il ərzində Fransa tərəfi əsassız BMT Təhlükəsizlik Şurası təşəbbüsləri ilə çıxış etmək əvəzinə qanunsuz fəaliyyətə son qoyulması və erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılması məqsədilə Ermənistana düzgün istiqamət versəydi, bu, bölgədə sülh və təhlükəsizliyə əsl töhfə olardı.
Fransa tərəfinə bir daha xatırladırıq ki, Azərbaycanla təhdid və təzyiq dili ilə danışmaq heç bir nəticə verə bilməz və bu kimi destruktiv əməllərə dərhal son qoyulmalıdır.
Ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı bütün addımların qarşısı qətiyyətlə alınacaq”, - şərhdə vurğulanıb.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi