Türkiyə növbəti 5 ilə daha fərqli proqramlar ilə qədəm qoyacaq
Tarix: 30-05-2023, 12:38
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyə növbəti 5 ilə daha fərqli proqramlar ilə qədəm qoyacaq

30-05-2023, 12:38

Türkiyədə keçirilən seçkinin ikinci turunda hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçildi. Ərdoğan və onun komandası daha 5 il Türkiyəni idarə edəcək. Hökumətdə dəyişikliklər olacağı anonsu daha öncədən verilmişdi və buna görə də kabinet üzvlərinin əksəriyyəti artıq parlamentdə təmsil olunur. Bu isə o deməkdir ki,

.

Forpost.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov deyib.

O bildirib ki, son illər qardaş ölkənin iqtisadiyyatında müşahidə edilən volatilliyə, məzənnə enişlərinə və inflyasiyaya rəğmən Türkiyə iqtisadiyyatı son 20 ildə real ifadədə 3 dəfə böyüyüb. 2003-cü ildə 314 milyard dollar ÜDM-ə malik olan Türkiyə iqtisadiyyatı indi 900 milyard dollardan böyükdür. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, bu il Türkiyədə ÜDM-in 1 trilyon 29 milyard dollara çatması gözlənilir. Bu isə o deməkdir ki, xarici şoklar olmazsa, bu il Türkiyə trilyon dollarlıq iqtisadiyyata malik ölkələr qrupuna daxil olacaq.

Bununla yanaşı, qısa müddətli dövrdə ən ciddi iqtisadi hədəf qiymətlərin optimallaşdırılması və məzənnə stabilliyinə nail olmaqdır. Pandemiya və Rusiya-Ukrayna müharibəsi səbəbindən son illər Türkiyədə yüksək inflyasiya qeydə alınmaqdadır. Ötən il 72,31 faizlik inflyasiyanın qeydə alındığı qardaş ölkədə bu ilin aprel ayında qiymətlər 43,68 faiz artıb. İnflyasiya səviyyəsinin müqayisəli azalmasına baxmayaraq, hələ də qiymətlərin optimallaşdırılması əsas prioritetlərdən olaraq qalmaqdadır.

"Türkiyə 20 il öncə daha çox aqrar və xidmət sektorları üzrə ixtisaslaşmışdısa, indi ölkə müasir sənaye dövlətinə çevrilməkdədir. Türkiyə hazırda hərbi, avtomobil sənayesində xüsusi üstünlüyə malik olan ölkələrdən sayılır. Bu isə o deməkdir ki, qardaş dövlət növbəti illərdə iqtisadiyyatın keyfiyyətcə daha da genişləndirilməsinə nail ola bilər. Turizm gəlirləri fonunda innovativ sənaye məhsulları ixracatı ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradacaq", - deyə deputat qeyd edib.

V.Bayramov diqqətə çatdırıb ki, Türkiyə Azərbaycanın haqq işinə hər zaman dəstək verən ölkələrdəndir. İstər Vətən müharibəsində, istərsə də Qarabağ və Şərqi Zəngəzurda quruculuq prosesində Türkiyənin dəstəyi hər zaman hiss edilib. İşğaldan azad olunan ərazilərimizdəki hər iki beynəlxalq hava limanının açılışında, Zəngəzur dəhlizinin Azərbaycan hissəsinin təməlqoyma mərasimində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı və eləcə müttəfiqlik bəyannaməsinin Şuşada imzalanması da bunları təsdiq edir. Bu isə o deməkdir ki, Ərdoğanın yenidən seçilməsindən sonra iki ölkə arasında birgə strateji əməkdaşlıq daha da dərinləşəcək. Bütövlükdə, Türkiyədə seçkinin nəticələri region üçün də əhəmiyyətli idi. Ərdoğanın yenidən prezident seçilməsi mövcud regional düzənin daha da möhkəmlənməsinə şərait yaradacaq.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ