Qarabağda Ermənistanın yollara mina düzüb jurnalist, sadə adamlar və xidməti vəzifəsini yerinə yetirən əsgərləri qətlə yetirməsi beynəlxalq-hərbi qanunlara zidd olmaqla yanaşı, həm də mənəvi kasadlığı göstərir.
Bu sözləri
O bildirib ki, Ermənistanın siyasi rəhbərliyi bir tərəfdən beynəlxalq təşkilatlarda çıxış edərək sülh istəyində olduğunu bəyan edir, digər tərəfdən isə yollara mina düzərək faktiki olaraq mina terroru törədir. Bu da Ermənistan rəhbərliyində siyasi iradənin olmadığını göstərir. Sülh prosesini ləngitməklə rəsmi Yerevan sülhün əldə olunmasına o qədər də maraq göstərmədiyini ortaya qoyur. Bu isə onu deməyə əsas verir ki, Ermənistan müstəqil qərar vermək iqtidarında deyil. Ermənistanın müstəqil siyasəti yoxdur və regionda “alət” rolunu oynayır. Ermənistandakı bəzi siyasi qüvvələr siyasi sifarişlə bölgədə vəziyyətin gərgin olaraq qalmasında maraqlıdırlar.
“Yolları minalanması bölgədə yaşayan sadə erməniləri belə narahat edir. Ona görə də, bu məsələ beynəlxalq təşkilatlar qarşısında qaldırılmalı və ətrafı müzakirə olunmalıdır. BMT, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlarda bu mina terroru müzakirəyə çıxarılmalıdır.
Ermənistandakı revanş eləmək istəyən və qeyri-konstruktiv mövqedə dayananlar anlamalıdırlar ki, Azərbaycan bir daha hərbi əməliyyata başlasa nə Ermənistan hakimiyyəti, nə də digər siyasi qüvvələr heç nə qazana bilməyəcəklər. Onların yenidən böyük itkilərə məruz qalacaqlar”,-deyə tanınmış jurnalist bildirib.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi