Azərbaycan-Türkiyə əlaqələri bütün istiqamətlərdə uğurla inkişaf edir. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və çoxtərəfli çərçivədə əməkdaşlığın genişlənməsi üçün səmərəli istifadə edir.
Bu fikirləri açıqlamasında Gənclər Mərkəzi İctimai Birliyinin icraçı direktoru Kənan Qubadzadə söyləyib.
Bu qardaşlıq nümunəsinin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə edən Kənan Qubadzadə deyib: “Azərbaycan artıq regionda öz sözünü demiş bir ölkədir. Bunu mənəvi dəstək olaraq qardaş Türkiyədən hər zaman hiss edirik və bu, bizə daim ruh yüksəkliyi verir. Düşünürük ki, gələcəkdə də uğurlu layihələrə Türkiyə ilə birgə imza atacağıq. Yaxın gələcəkdə Qarabağdakı, bütün işlərdə qardaş Türkiyə Respublikasının özəl şirkətlərini görmək mümkündür. Çünki Türkiyə Qarabağ zonasında işlər görmək üçün Azərbaycana müraciət etmiş ilk ölkələrdəndir. Bu istiqamətdə olan layihələrdə Azərbaycan-Türkiyə əməkdaşlığı yüksələn xətlə inkişaf etdiriləcək”.
Onun sözlərinə görə, iki ölkə arasındakı qardaşlıq və müttəfiqlik Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın polad kimi möhkəm liderlik iradəsindən qaynaqlanan davamlı birlik və inkişaf strategiyasının təntənəsidir. Azərbaycan və Türkiyə dövlətləri arasında münasibətlər iki ölkənin rəhbərliyi tərəfindən daha yüksək səviyyəyə çatdırılmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi