Moskvada Cənubi Qafqazda təhlükəsizlik və sabitlik məsələləri müzakirə  ediləcək
Tarix: 15-02-2022, 01:34
Google+ Paylaş
Tumblr Paylaş

Moskvada Cənubi Qafqazda təhlükəsizlik və sabitlik məsələləri müzakirə ediləcək

15-02-2022, 01:34

Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 15-də Moskvada ATƏT-in sədri, Polşa XİN-in başçısı Zbiqnev Rau ilə Cənubi Qafqazda təhlükəsizlik və sabitlik məsələlərini müzakirə edəcək.

Forpost.az

RF XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, tərəflər ATƏT-in Xüsusi Monitorinq Missiyasının fəaliyyəti barədə fikir mübadiləsi aparacaq, həm Ukraynanın şərqində və Dnestryanı bölgədə münaqişələrin nizamlanmasına ATƏT-in köməyi, həm də təşkilatın Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üzrə Cenevrə diskussiyalarında vasitəçiliyi, Balkan və Mərkəzi Asiya ölkələrində onun fəaliyyəti ilə bağlı məsələləri müzakirə edəcəklər.

RF XİN-in məlumatında qeyd olunur ki, bundan başqa, ATƏT-in fəaliyyətinin şəffaflığının təminatına yönəldiləcək təşkilatın çoxdan vaxtı çatmış islahatı fonunda effektivliliyinin artırılması yolları müzakirə olunacaq.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ