Suriyada münaqişənin nizamlanması üzrə Astana sülh prosesi çərçivəsində Suriya üzrə 18-ci görüş gələn ilin birinci yarısında keçiriləcək.
Nəticədə İran, Rusiya və Türkiyə nümayəndələri birgə bəyanatla çıxış ediblər. Orada onlar terrorizmlə mübarizədə qarşılıqlı fəaliyyəti davam etdirmək istəklərini ifadə edib, həmçinin Suriyadakı humanitar vəziyyətdən narahat olduqlarını bildiriblər.
Tərəflər Suriya üzrə danışıqların 18-ci mərhələsinin gələn ilin birinci yarısında Nur-Sultanda keçirilməsi barədə razılığa gəliblər. Epidemioloji vəziyyətdən asılı olaraq, şərtlərə uyğun olaraq Tehranda Rusiya, Türkiyə və İran arasında üçtərəfli sammitin keçirilməsi ilə bağlı qərar verilib.
Bundan başqa, qarant ölkələr terrorçuluğa qarşı mübarizənin bütün forma və təzahürlərinin davam etdirilməsində, Suriyanın suverenliyi və ərazi bütövlüyünün pozulmasına yönəlmiş və qonşu ölkələrin milli təhlükəsizliyini təhdid edən separatçı planlara qarşı durmaqda qərarlı olduqlarını bildiriblər.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi