Avropa İttifaqı qaçqınlar üçün mübahisəli sığınacaq məsələsini gündəmə gətirdi
Tarix: 25-10-2021, 00:39
Google+ Paylaş
Tumblr Paylaş

Avropa İttifaqı qaçqınlar üçün mübahisəli sığınacaq məsələsini gündəmə gətirdi

25-10-2021, 00:39

Avropa İttifaqının uzun illərdən bəri ətrafında ciddi mübahisələrin olduğu qaçqınlar üçün sığınacaq və miqrasiya siyasətində üz

v ölkələr arasında yaxınlaşma var. Yaxın zamanda üzv ölkələr arasında Aİ-nin daktiloskopiya (barmaq izlərinin identifikasiyası) üzrə “EURODAC“ birgə məlumat bazasının yaradılması barədə razılıq əldə edilə bilər.

Forpost.az xəbər vederir ki, bu barədə hazırda Avropa İttifaqı Şurasına sədrlik edən Sloveniyanın xarici işlər naziri Anje Loqar danışıb. Onun sözlərinə görə, miqrasiya siyasəti ilə bağlı indiyədək aparılan danışıqların aşağı templə irəliləməsi bu paketin həm bir sıra siyasi mövzularla ortaq məqamlara malik olması, həm də bəzi üzv ölkələrin miqrasiya siyasəti ilə bağlı fərqi düşüncələrinin olmasıdır. Lakin hazırki gedişat bu düşüncələrin yaxınlaşdığını göstərir. Bununla belə, miqrasiya siyasəti üzrə islahat və yeni paketin qəbulu ən yaxşı halda gələn il mümkün ola bilər.

Polşa ilə Aİ arasında hüquqi mübahisələrə toxunan XİN rəhbəri qeyd edib ki, bunun hədəfi Aİ-nin parçalanması deyil, heç bir üzv ölkənin bunda marağı yoxdur. Hazırda danışıqlarda mövcud olan gərginlik nə Aİ institutlarına, nə də üzv ölkələrə sərf edir. Yaxın gələcəkdə bütün üzv ölkələr üçün Avropa hüququ ilə həmahənglik təşkil edən eyni məhkəmə praktikasının mövcudluğu üçün ortaq məxrəc tapılmalıdır.

A.Loqar bu ilin ikinci yarısında Aİ Şurasına sədrlik edən ölkəsinin fəaliyyətini təqdir edib. Bildirib ki, Sloveniya hökuməti Aİ və Qərbi Balkan ölkələri arasında dialoqda tərəqqinin əldə edilməsinə nail olub. Vurğulanıb ki, həmin ölkələrlə Aİ-nin genişləndirilməsi strategiyasının davam etdirilməsinə dair aydın razılaşma və öhkəliklər əldə olunub.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ