“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda “Kopenhagen”i məğlub etdikləri oyundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Qələbəni necə şərh edərdiniz?
- Çox gərgin oyun keçdi. Yaxşı rəqibə qarşı çıxış edirdik. Ağıllı oynadıq. Üstünlüyümüzü qoruyaraq ikinci qolu vura bildik. Müdafiə planında komanda şəklində inamlı çıxış etdik, sona qədər dözə bildik və layiqli qələbə qazandıq. Buna görə də çox şadıq.
- İkinci hissədə geri çəkilmişdiniz. Bu taktiki gediş idi, yoxsa ehtiyatlı oyun?
- Taktiki gediş deyildi. Rəqib hesabda geridə olduğu üçün bizi buna məcbur edirdi. Onların təzyiqi çox olsa da, yaxşı müdafiə olunduq. Öncəki illərdə bu vəziyyətlərdə həmişə qollar buraxırdıq. Amma bu gün sona qədər dözə bildik.
- Rəqibin sona yaxın, hesab 1:0 olarkən dirəkdən qayıdan topunu oyunun həlledici anı saymaq olar? Çünki həmin anda hesab bərabərləşsəydi, psixoloji üstünlük rəqibin tərəfinə keçəcəkdi...
- Razıyam. O an bizim üçün hardasa qırılma nöqtəsi ola bilərdi. “Kopenhagen” əsasən standart vəziyyətlər zamanı qapımız qarşısında təhlükə yaradırdı. Bu da bizə siqnaldır. Standart vəziyyətlər üzərində çox çalışmalıyıq ki, gələcəkdə bu cür hallarda daha inamlı təsir bağışlayaq.
- Deyirlər, iştah diş altındadır. Püşkdən sonra 8 oyuna 6 xalı yaxşı nəticə sayardıq, lakin bu gün azarkeşlər daha artığını gözləyir...
- Biz də bunun üçün şadıq. 2 oyuna 6 xal əla nəticədir. Lakin bundan artığı niyə də olmasın? Xallarımızın sayını daha da artıra bilərik. Məqsədimiz hər matçda yaxşı çıxış edib xallar qazanmaqdır. Bundan sonrakı rəqiblər çox güclüdür. Bunu da unutmaq olmaz. İstənilən halda maksimum dərəcədə çalışacağıq ki, bu tempi davam etdirək.
- Yayda kimsə sizə bu gün yaşananları desəydi, inanardınız?
- Bəlkə də bu qədər olacağını gözləməzdik. Lakin hazırkı duruma görə çox sevincliyik. Bununla belə, dayanamq olmaz. Daha da artırmalıyıq.
- İlk dəfədir ÇL-də azərbaycanlı futbolçu oyunun ən yaxşısı seçilir. Elvin Cəfərquliyevi komanda şəklində təbrik etdiniz?
- Bəli, təbrik etdik. Onun adına çox sevinirik. Paltardəyişə otağında da çalışdıq ki, bizə hədiyyə olaraq nəsə aldıraq.
- Necə oldu, boynuna hansısa hədiyyə qoya bildiniz?
- Yox, Elvinin boynuna nəsə qoymaq olmur. Əli bir az bərkdir (gülür).
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi