Bakıda keçirilən Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Olimpiadasının (ICPC) dünya finalı yüzdən çox ölkədən olan tələbələr üçün təkcə intellektual yarış meydanı deyil, həm də Azərbaycan paytaxtının mədəni və memarlıq sərvətinin nümayişi olub.
Bunu Bakıda keçirilən ICPC-nin dünya finalına həsr olunmuş mətbuat konfransında "JetBrains"in insan resursları, tədqiqatlar və investisiyalar üzrə baş vitse-prezidenti Andrey İvanov bildirib.
"Biz bu yarışı bir çox ölkələrdə görmüşük, çünki ICPC-ni çox uzun müddətdir ki, dəstəkləyirik. Burada iştirak etmək əsl tramplindir: əgər bu fürsətdən istifadə edə bilsəniz, o, böyük dəyişikliklərin başlanğıcı ola bilər. Bəli, bu, Azərbaycanda hamının səy göstərməsini tələb edəcək, lakin artıq bu gün çox yaxşı ilk addım atılıb", - deyə A.İvanov qeyd edib.
O, həmçinin Bakının beynəlxalq səviyyədə tanınmasının əhəmiyyətini vurğulayıb: "Təsəvvür edin, bir çox iştirakçılar - hazırda burada yarışan yüzdən çox ölkənin təmsilçiləri bəlkə də əvvəllər heç vaxt Azərbaycan haqqında eşitməyiblər və burada olmayıblar. İndi onlar bu ölkə, bu şəhər, onun tarixi və gözəlliyi haqqında bilirlər. Onlar geri qayıda, bu yeri sevə və burada biznes qurmaq istəyə bilərlər. Dünyada gördüyüm ən yaxşı memarlıq nümunələrindən biri olan bu gözəl şəhəri daha çox insan tanıyacaq. Məhz buna görə bu hadisə Azərbaycan üçün bu qədər vacibdir", - o əlavə edib.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi