Birləşmiş Ştatlar yeni dünya siyasi düzənini formalaşdırır- MÜSAHİBƏ
Tarix: 14-05-2025, 08:58
Google+ Paylaş
Tumblr Paylaş

Birləşmiş Ştatlar yeni dünya siyasi düzənini formalaşdırır- MÜSAHİBƏ

14-05-2025, 08:58

Birləşmiş Ştatlar yeni dünya siyasi düzənini formalaşdırır- MÜSAHİBƏ

(Bu müsahibə 2019-cu ilin 7 iyununda hazırlanmışdır. Lakin müsahibədəki diqqətçəkən məqamların aktuallığını nəzərə alıb. təzədən dəyərli oxuculara təqdim edirik.)

Gələn il dünyanın əsas güc mərkəzlərindən sayılan Birləşmiş Ştatlarda növbəti prezident seçkiləri keçiriləcək. Seçkilərə bir ildən artıq vaxt qalmasına baxmayaraq, okeanın o tayında indidən seçkilərə qeyri-rəsmi də start verilib desək yanılmarıq. Bəs görəsən, prezident seçkilərində hazırkı Ağ Ev rəhbəri Donald Trampa qarşı əsas rəqib kim ola bilər? Yaxud seçkilərdə Donald Trampın yenidən qələbə qazanması mümkündürmü? Bu və ya digər suallara müstəqil ekspert Kamran Sultanlı cavab verib. O, Trampın yenidən Ağ Ev rəhbəri seçiləcəyi təqdirdə Birləşmiş Ştatların daxili və xarici siyasətində baş verəcək mümkün dəyişikliklərdən də danışıb.

-Kamran bəy, 2020-ci ildə okeanın o tayında prezident seçkiləri keçiriləcək. Seçkilərdə hazırkı Ağ Ev rəhbəri Donald Trampa əsas rəqib kim ola bilər?

-Birləşmiş Ştatlarda 2020-ci il prezident seçkiləri üçün namizədlərin qeydiyyatı davam edir. İyunun 18-də hazırkı Ağ Ev rəhbəri Donald Tramp öz namizədliyini Respublikaçılar Partiyasından rəsmən irəli sürəcək. 2020-ci il seçkilərində Tramp əks cəbhədən, Co Bayden, , Beto Orurk, Kamala Harris, Tulsi Gabbard, Uoren Baffet, Berni Sanderslə mübarizə aparacaq. Demokrat cəbhədən Bayden, Sanders və Orurk ən çox ianə toplayanlardır. Xüsusilə Oruruk namizədliyini elan etdikdən bir gün sonra 6,1 milyon dollar ianə toplamışdı. Orurk həmçinin Respublikaçıların qalası olan Texas ştatında ən çox səs toplayaraq özündən söz etdirə bilmişdi. Bayden, Barak Obama administrasiyası dövründə vitse-prezident postunu tuturdu. O, qocaman demokrat namizəd olaraq, Trampla mübarizədə iddialıdır. Bayden həmçinin Trampın seçici kütləsini təşkil edən ağ supermarsistlərin qatı əleyhdarıdır. Lakin Barak Obama dövrünün ən böyük tənqidçisi olan Tramp, bu dəfə eyni siyasi taktikanı Baydenə qarşı da istifadə edəcək. Prokuror Müllerin hesabatında Trampın Rusiya ilə əlaqələrinin sübuta yetiririlməməsi onun üçün müsbət dividentə çevriləcək.

-Hələ də Trampın ilk dəfə prezident seçilməsi ilə bağlı müxtəlif versiyalar səslənir, seçkilərdə müəyyən daxili və xarici amillərin rol oynadığı iddia olunur.

-Donald Trampın ilk dəfə prezident seçilməsinin əsas səbəbləri, ağ millətçilərin, ultramühafizəkar kəsimin amerikan milli identikliyinin aşınmasından duyduqları təhlükələr, həmçinin Birləşmiş Ştatların "Potsdam" konfransında formalaşdırdığı sistemin artıq effektsizliyi, ABŞ imperalizminin aləti kimi görülən neoliberal siyasi sistemin artıq əvvəlki qədər, Amerikanın qlobal gücünü təmin etməməsi idi. Digər tərəfdən ABŞ-ın qlobal liderliyində qarşısına çıxan maneələr, həmçinin superdövlət kimi mövqeyinin zəifləməsi, kapitalın böyük qisminin Çinə transformasiyası, Pekinin ABŞ qlobal hegemonluğuna təhdid olması, sürətlə özünün iqtisadi-infrastruktur ekspansiyasını genişləndirməsi, ABŞ-la ticarət edən dövlətlərin ticarət dövriyyəsində daha çox qazanmaları və qlobalist amerikalıların Çin və digər iqtisadi mərkəzlərə daha çox müsbət divident vermələri də bu səbəblər sırasında yer alırdı. Nəticə etibarilə, bütün bunlar Amerikada bəzi lobbi qruplarını hərəkətə keçirdi. Bu qruplar arasında etnik lobbilərdən yəhudi lobbisi, digər sosial-maliyyə lobbiləri və Amerikanın düşünən beyinlərinin xüsusi təsiri və vaxtında ayılmaları oldu. Əks təqdirdə ABŞ regional lider statusuna enə bilərdi. Çünki qlobal ABŞ açıq bazar, sərbəst ticarət, kompromis siyasəti ilə Çin, Meksika və Avropa dövlətlərinə daha çox qazandırırdı. ABŞ-ın ixracı 1,5 trilyon dollar olduğu halda, idxalı 2,2 trilyon dollar idi. Yəni hər kəs Amerikaya daha çox satırdı. Ticari kəsir artıq 1 trilyon dollara yaxınlaşır. Tramp bu kəsiri aradan qaldıracağını birinci kompaniya dövründə söz versə də, hələlik bunu həyata keçirmək mümkün olmayıb. Almaniya ABŞ-dan 100 milyard dollar az ixrac etsə də, müsbət saldo 300 milyard dollara yaxındır. Birləşmiş Ştatlarla ticarət dövriyyəsində Almaniya təxminən 65 milyard dollara qədər artıq qazanır. Üstəlik ABŞ, Avropa dövlətlərinin təhlükəsizliyinə daha çox xərcləyir. Bütün bunlar Amerikanın beyin mərkəzlərini hərəkərə keçirdi.

-Bəs hazırda vəziyyət necədir? ABŞ əvvəlki kimi dünya düzəninə təsir edə bilirmi?

-Hazırda Birləşmiş Ştatlar yeni dünya siyasi düzənini formalaşdırır, bu siyasi düzənin formalaşması üçün, amerikalılar xüsusilə, bu siyasi strategiyaya maraqlı olan qüvvələr Trampı yenidən prezident seçdirməyə çalışacaqlar. Tramp artıq Liberal konsepsiyaya uyğun olmayaraq proteksionist siyasət yürüdür. Misal üçün o, Ümumdünya Ticarət Təşkilatından çıxmağa çalışır. Baxmayaraq ki, Amerika özü dünya ticarət sistemini yaradıb, lakin artıq Amerikaya bu sistemin oyun qaydaları sərf etmir. Çünki Şimali Afrikadan, Orta Asiyaya qədər böyük ac bazar var ki, bunları ələ keçirmək uğrunda mübarizə gedir. Burada isə oyun qaydaları əlavə maneədir. Bu yeni sistemin oturuşması üçün, Tramp lazımdır.

-Donald Trampın yenidən prezident seçiləcəyi təqdirdə daxili siyasətdə hansı dəyişikliklər baş verə bilər?

Donald Trampın prezident seçilməsi üçün daxildə apardığı siyasətin xüsusi təsirinin olacağını düşünürəm. Son aparılan sorğulara əsasən Trampın reytinqləri 48 faizə qalxıb. Bu son 2 ilin rekordudur. Donald Tramp xarici siyasətdə ciddi tənqid edilsə də, daxili siyasətdə kifayət qədər uğurları, onun şanslarını artırır. Bir-sıra inkişaf indikatorlarını qeyd etməkdə fayda var. ABŞ-da Tramp dövründə isşizlik 3,9 faiz olmaqla 1969-cu ildən bu tərəfə tarixin minimumunu təşkil edir. Birləşmiş Ştatlar Qərb dövlətləri arasında 4 faiz intervalından aşağı işsizliyə malik olmaqla, ən aşağı işsizlik göstəricisinə malikdir. Amerikada hər ay olmaqla orta aylıq əmək haqqı artmaqdadır. Aprel-may ayı ərzində 265 min yeni iş yeri açılıb. Trampın hakimiyyətə gəlişindən bu yana, iş yerlərinin sayı artmaqdadır. Birləşmiş Ştatlarda saatlıq maaşın həcmi 3-3,2 faiz artıb. ABŞ saatına 15 dollar həcmində maaş təminatı ilə bağlı bir-sıra irəliləyişlər var. Əmlak bazarında 25 faiz həcmində müsbətə doğru artım var. Donald Trampın apardığı vergi islahatları tarixin ən böyük vergi islahatıdır. O, 1,2 trilyon dollarlıq vergi qanunu qəbul etməklə, bir-çox daxili analitiklərin rəyinə əsasən, reytinqlərinin artımına səbəb olub.

-Belə çıxır ki, sadə amerikalılar Trampdan razıdır?

-Amerikalıların 56 faizdən çoxu Trampın iqtisadi idarəciliyini bəyənir. Bu onun üçün əla xəbərlərdir. Lakin Trampın siyasətində mənfi amillər də var. Xüsusilə Amerika liderinin diskriminativ, daha mühafizəkar siyasəti daxildə isşizlər arasında qaradərililərlə, ağdərilər arasında paritetsizlik, onun üçün mənfi xəbərlər hesab edilə bilər. Lakin ümumən Trampın prezident seçilmək şanslarını yüksək qiymətləndirirəm. Təbii ki, demokratlar ona qarşı bütün vasitələrdən istifadə edəcəklər. Amma onun daxili siyasəti əlini gücləndirən amildi.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ