Avqustun 2-də Milli Kino Günü və Azərbaycan kinosunun yaranmasının 123 illiyinə həsr olunmuş tədbir keçirilib.
Forpost.az
Tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova rəhbərlik etdiyi qurum tərəfindən yubileyləri olan kino xadimlərinə, həmçinin veteran sənətkarlara mükafatların verildiyini söyləyib. Həmçinin qeyd edib ki, ötən bir ərzində kinomuzun bir neçə görkəmli nümayəndəsi də dünyasını dəyişib və onların xatirəsi daim əziz tutulacaq.
Son illər təmsil etdiyi qurumun kino sahəsində gördüyü işlərdən danışan Ş.Məmmədova Azərbaycan kinosunun inkişafında misilsiz xidmətlər göstərmiş ustad sənətkarın adına medal və təqaüdün təsis edildiyini bildirib.
Tədbirdə çıxış edən Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov kino işçilərini peşə bayramı münasibətilə təbrik edərək ümummilli lider Heydər Əliyevin qərarına əsasən, bu əlamətdar günün artıq 21 ildir qeyd olunduğunu diqqətə çatdırıb.
Daha sonra Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ən böyük mükafatı olan “Milli Kino Mükafatı”nı Azərbaycan kinematoqrafiyasına verdiyi töhfələrə görə tanınmış kinooperator, Əməkdar incəsənət xadimi Rafael Qənbərova təqdim edilib. Eyni zamanda, "Qarabağ Azərbaycandır" ssenari müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi