UNESCO-nun müvafiq komissiyası Avstriyanın Baden şəhərinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi barədə qərar qəbul edib.
Qeyd edilməlidir ki, 2012-ci ildə “Avropanın möhtəşəm kurortları” ümumi adı altında Avropanın yeddi ölkəsindən 11 kurort məkanı üçün transmilli seriya halında UNESCO-ya müraciət edilib. Müraciətdə həmin məkanlardakı kurort mədəniyyəti və memarlığının universal dəyərləri spesifik Avropa fenomeni kimi qeyd edilib. 18-ci əsrdə Avropanın müxtəlif regionlarında tarix və ənənəsi qədim Roma dövrünə gedib çatan termal su məkanlarına maraq artdı, termal və mineral su mənbələrində inkişaf edən kurortlar təkcə müalicə və istirahət məkanı kimi deyil, eyni zamanda mədəniyyət mərkəzləri kimi formalaşmağa başladılar. Baden şəhəri də öz otel, teatr, park və qədim şəhər mərkəzini vəhdət şəklində həmin dövrü günümüzə qədər əks etdirir.
Baden şəhəri ilə yanaşı Spa (Belçika), Frantişkovi Lazne, Karlovi Varı, Mrianske Lazne (Çexiya), Vişi (Fransa), Bad Ems, Bad Kissinqen və Baden-Baden (Almaniya) Montekatini Terme (İtaliya) və Bat şəhəri (Böyük Britaniya) də UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi