F.Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi tədbirlər çərçivəsində “Qonağım ol” rubrikasının qonağı yazıçı, tərcüməçi, şair, “Türk ədəbiyyatı” jurnalının baş redaktoru İmdat Avşar olacaq.
L
İmdat Avşar çağdaş Türkiyə ədəbiyyatında ədəbi-bədii və fəlsəfi-estetik fikrin formalaşmasında böyük və əvəzsiz xidmətləri olan yazardır. Azərbaycan ədəbi mühitində də İmdat Avşar imzası, peşəkar qələmi ilə tanınır və sevilir. İmdat bəyin çağdaş və klassik ədəbi ənənələrə söykənən zəngin nəsr yaradıcılığı vardır. Onun orijinal yazı tərzi, qeyri-adi ifadə forması, şeir kimi bənzərsiz təhkiyə yaratmaq qabiliyyəti, əsərlərinə məxsus psixoloji-fəlsəfi dərinlik və mövzu rəngarəngliyi bütün türk dünyasına tanışdır.
2012-ci ildə İmdat Avşarın “Anamın saatları” adlı Azərbaycan dilində ilk kitabı işıq üzü görüb. Bu günlərdə isə müəllifin “Göyərçin sevdası” adlı ana dilimizdə ikinci kitabı nəşrə hazırlanır.
Kitabda müəllifin “Xocalıda qalan tar”, “Kafa kağıdı”, “Göyərçin sevdası”, “Bitməyən roman”, “Durna çırağı”, “Söylənməmiş sözlər”, “İtmiş bahar nərgizi”, “Rehin” və digər hekayələri yer alıb. “Xocalıda qalan tar” hekayəsi İmdat bəyin “Qarabağ qaçqınları”ndan sonra Vətənsizlik nisgilimizi sözə çevirən ikinci hekayəsidir.
O, Mirzə Fətəlidən, Mirzə Cəlildən üzü bəri tərcümə edə-edə və bu gün sevə-sevə təbliğ edilən Azərbaycan ədəbiyyatının ən doğma və fədakar dostudur. Savaş günlərində isə yazdığı “Tanrı Türkü qorusun!” şeirində İmdat Avşar qələmi ilə Azərbaycan əsgərinin səngərində, bütün ürəyi ilə Qarabağda olduğunu göstərmiş olub.
“Qonağım ol” rubrikası əsasında reallaşacaq görüş çərçivəsində oxucular, canlı yayım üzərindən yazıçı ilə onlayn görüş, diskussiya aparmaq və həmsöhbət olmaq imkanı əldə edəcəklər. Yazar görüş zamanı həyat və fəaliyyəti, əsərləri haqqında ətraflı məlumat verəcək.
Onlayn görüş iyulun 23-də kitabxananın instaqram sosial şəbəkəsi üzərindən reallaşacaq
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi