Mənəvi dəyərlərimizin daş yaddaşı,-Mirəli türbəsi
Tarix: 17-11-2020, 00:35
Google+ Paylaş
Tumblr Paylaş

Mənəvi dəyərlərimizin daş yaddaşı,-Mirəli türbəsi

17-11-2020, 00:35

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.

Forpost.az

xəbər verir ki, layihə çərçivəsində növbəti material Mirəli türbəsinə həsr olunub.

Mirəli türbəsi Füzuli rayonunun Aşağı Veysəlli kəndində təpə üzərində ucalan qülləvarı türbədir.

Türbə inşaat texnikasına görə, Elxanilər dövründə XIV əsrdə tikildiyi hesab edilir.

Qeyd edək ki, layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ