BAKI,Forpost.az
YARAT Müasir İncəsənət Mərkəzində "Bakıya uçuş. Art Weekend. Gələcəyi İNDİ hiss et" (Fly to Baku. Art Weekend. Sense the Future NOW) təşəbbüsü çərçivəsində həyata keçirilən "Nəfəs – söz və səsin vəhdəti" adlı növbəti layihənin təqdimatı olub.
Tədbirdə "Art Weekend" layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva iştirak ediblər.
Festival üçün xüsusi olaraq SÖZ multidisiplinar mərkəzi tərəfindən hazırlanmış immersiv performans mistik musiqini, sufi poeziyasını və insan səsinin gücünü bir araya gətirib. Səhnədə Savalan və Çardaq qruplarının ifasında səslənən etnik melodiyalar və melodramatik deklamasiya mənəvi vəhdət, dərinlik və təfəkkür atmosferi yaradıb.
Şair və SÖZ multidisiplinar mərkəzinin yaradıcısı Nigar Həsənzadə bildirib ki, layihənin ideyası "Fly to Baku. Art Weekend. Sense the Future NOW" festivalına dəvət alındıqdan dərhal sonra yaranıb.
Performansın fəlsəfəsindən danışan N. Həsənzadə qeyd edib ki, layihə mistik musiqi, poeziya və insan səsinin gücünü birləşdirir.
Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən "Art Weekend" festivalı ilk dəfə olaraq Bakıda reallaşır.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi