Tariximizin səlnaməsi yeni bədii-sənədli filmdə
Tarix: 11-10-2025, 16:53
Google+ Paylaş
Tumblr Paylaş

Tariximizin səlnaməsi yeni bədii-sənədli filmdə

11-10-2025, 16:53

Azərbaycan tarixinə həsr olunmuş yeni bədii-sənədli filmin çəkilişlərinə başlanılı

Mılumatı Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) verib.

Bildirilib ki, məqsəd Azərbaycanın qədim dövlətçilik ənənələrini, mədəni irsini və tarixi şəxsiyyətlərini müasir kino dili ilə tamaşaçıya təqdim etməkdir. Film həm sənədli faktların, həm də bədii təxəyyülün vəhdəti kimi qurulub və milli kimliyin formalaşmasında mühüm mərhələləri əhatə edəcək.

Qeyd olunub ki, baş rollarda tanınmış aktyorlar - Rüstəm Cəbrayılov və Ümid Qədimli çıxış edirlər. Eyni zamanda, ekran əsərində Xalq artisti Vidadi Həsənov, eləcə də Duyğu Dəvəli, Səmimi Fərhad, Manaf Dadaşov, Rumiyə Ağayeva, Corc Qafarov və Nigar Qədirli kimi tanınmış simalar da rol alıblar.

Layihənin quruluşçu rejissoru Elmar Bayramovdur.

Hazırda çəkilişlər Azərbaycanın bir neçə bölgəsində – tarixi abidələri və təbiət mənzərələri ilə seçilən məkanlarda aparılır.

Filmdə ən müasir texnoloji həllər və kino effektlərindən istifadə olunacaq.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ