26-09-2025, 08:24


Bakıda keçirilən "Tacik tikmə dünyası" sərgisi Tacikistan və Azərbaycan arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın möhkəmlənməsini simvolizə edir.

Bunu Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon Azərbaycan Milli Xalça Muzeyində Tacikistan Milli Muzeyi ilə birgə təşkil olunan sərginin açılış mərasimində deyib.

"Keçirilən tədbirlər, o cümlədən sərgilər, ustad dərsləri, musiqi çıxışları xalqlarımıza bir-birini daha yaxından tanımaq, təcrübə mübadiləsi aparmaq, yaradıcılıq, tarix və mədəniyyət sahələrində qarşılıqlı anlaşmanı dərinləşdirmək imkanı verir", - səfir qeyd edib.

O, həmçinin əlavə edib ki, layihə Tacikistan hökuməti və Tacikistan Milli Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi və Azərbaycan Mədəniyyət Nazirliyinin birgə səyləri ilə həyata keçirilir. "Bu, iki ölkə arasında mədəni əlaqələrin daha da gücləndiyini nümayiş etdirir", - İlhom Abdurahmon söyləyib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ