Qərbi Azərbaycanın qədim irsi - Qoçdaş və Atdaş abidələri” layihəsi çərçivəsində hazırlanan “Qoçdaş və Atdaş Abidələri” fotojurnalının təqdimatı olub.
“İnnovativ Təşəbbüslər” Sosial və İqtisadi İnkişafa Yardım İctimai Birliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanan jurnalın təqdimat mərasimində tanınmış alimlər, tarixçilər, mədəni irs üzrə mütəxəssislər və ictimai fəallar iştirak edib.
İctimai Birliyin sədri Əşrəf Əhmədov fotojurnalın hazırlanma prosesi, onun elmi, tarixi və ictimai əhəmiyyəti barədə geniş məlumat veriib:
"Qoçdaş və atdaş abidələri yalnız qəbirüstü daş heykəllər deyil, həm də qədim türk dünyagörüşünün, qəhrəmanlıq fəlsəfəsinin və milli-mədəni kimliyin daşıyıcılarıdır. Əsas məqsəd abidələrin beynəlxalq səviyyədə tanıdılması və hüquqi müdafiəsini təmin etməkdir. Bu baxımdan, fotojurnal UNESCO və digər beynəlxalq təşkilatlar üçün təqdimat xarakteri daşıyır".
Həmçinin qeyd olunub ki, Azərbaycan bu abidələrin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilməsi təşəbbüsü ilə çıxış etməli, qoçdaş və atdaş daş heykəlləri yalnız regional deyil, ümumtürk mədəniyyətinin və bəşəri irsin bir hissəsi kimi tanıdılmalıdır. Qoçdaş və atdaş abidələri təkcə bir xalqın deyil, bütöv türk sivilizasiyasının daş yaddaşı və bəşəri irsin bir hissəsidir.
Eyni zamanda bu fotojurnal yalnız tarixi irsin bərpası və təbliği üçün deyil, həm də Azərbaycanın beynəlxalq mədəniyyət məkanında təmsilçiliyinin gücləndirilməsi üçün mühüm addımdır.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi