Lerikin Büzeyir kəndi yaxınlığında eyniadlı mağaralarda turizm marşrutlarının təşkili məqsədilə geniş infrastruktur işləri həyata keçirilir.
Layihənin ilkin dəyəri 560 min manat təşkil edir.
Məqsəd dəniz səviyyəsindən 1500-2000 metr yüksəklikdə olan doqquz mağaraya turistlərin rahat gediş-gəlişini təmin etməkdir. Layihə çərçivəsində mağaralar silsiləsinə aparan yolların təmiri, piyada yollarının çəkilişi, istirahət meydançalarının quraşdırılması, avtomobil duracağı salınması nəzərdə tutulub.
Lerikin İnkişafına Dəstək qrupunun təşəbbüsü ilə gerçəkləşən layihə üzrə Büzeyir kəndində təməlqoyma mərasimi keçirilib.
Tədbirdə rayon rəhbərliyi, deputatlar, ziyalılar, iş adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Büzeyir kəndinin yaxınlığında təsadüf edilən bu mağaralar ən qədim yaşayış məskənlərindən biri hesab olunur. Belə ki, mağaradan tapılan maddi nümunələr Paleolit dövrünə aid edilir.
Mağaralar dəniz səviyyəsindən 1640 metr yüksəklikdə, Zuvandçayın müasir yatağından 300-350 metr yüksəklikdə yerləşir. Çoxtəbəqəli Büzeyir Paleolit düşərgəsində 1985,1990 və 2007-ci illərdə aparılan arxeoloji qazıntılar zamanı 6 təbəqə qeydə alınıb.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi