“Vyetnam Günləri”  Qız Qalasında
Tarix: 25-07-2025, 16:21
Google+ Paylaş
Tumblr Paylaş

“Vyetnam Günləri” Qız Qalasında

25-07-2025, 16:21


Bakıda 25–30 iyul tarixlərində “Vyetnam Günləri” keçiriləcək, xüsusi proqram təşkil olunacaq.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib.

Qeyd edilib ki, Azərbaycanın Vyetnamdakı Səfirliyinin təşəbbüsü və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə keçirləcək tədbir iki qədim Şərq mədəniyyətini bir araya gətirəcək.

İyulun 27-də isə Qız Qalası meydanında xüsusi mədəni-əyləncəli proqram baş tutacaq.

Meydanda Vyetnam musiqisinin müşayiəti ilə rəssamlıq əsərləri sərgilənəcək, milli qadın geyimi Ao Zai nümayiş olunacaq. Eyni zamanda, qonaqlar üçün əl işlərinin satış-sərgisi də təşkil olunacaq.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ