Tanbur musiqi aləti müstəmləkəçiliyə müqavimət simvoluna çevrilib və Qvadelupa xalqının mədəni kimliyi uğrunda mübarizədə bir vasitəyə çevrilib.
Bunu Qvadelupdan olan musiqiçi və ictimai fəal Cimmi Bassien Bakıda keçirilən “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı konfransda çıxışı zamanı bildirib.
"Tanbur bizim üçün sadəcə musiqi aləti deyil. Bu, əcdadlarımızın səsi, azadlığın səsidir. Musiqi vasitəsilə biz köklərimizlə əlaqəni bərpa edir, müstəmləkə təsirindən azad olmaq istəyimizi ifadə edirik", - o vurğulayıb.
Musiqiçinin sözlərinə görə, Fransanın uzunmüddətli müstəmləkə siyasəti mədəniyyət, dil və mənəvi ənənələr sahəsində ciddi itkilərə səbəb olub.
"Fransa müstəmləkə sistemi Qvadelup sakinləri olaraq bizim kimliyimizi müəyyən edən hər şeyi qəsdən məhv edib. Biz mədəni özünəməxsusluğumuzun əhəmiyyətli bir hissəsini itirdik. Lakin bu gün biz özümüz olmaq hüququmuzu geri qaytarmağa çalışaraq, o cümlədən musiqi və tanbur vasitəsilə özümüzü bəyan edirik", - o bildirib.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi